Tərkibi:
3 kq pomidor
2 kq bolqar bibəri
150 q şəkər tozu
2 x.q. duz
Hazırlanması:
Pomidorları blanş edib qabığını soyun. İri halqalara doğrayın. Bibəri təmizləyib iri halqalara doğrayın. Bunlara şəkər tozu və duz əlavə edib qarışdırın, 20-25 dəqiqə bişirin (qaynara düşəndən sonra). Sterilizə edilmiş bankalara yığıb ağzını bağlayın.
Nuş olsun!