pul

Borc bataqlığında boğulan məşhurlar

Baxış sayı: 528

Nikolas Keyc

Hollivudun ən məşhur  aktyorlarından biri olan Nikolas Keyc  oynadığı rollardan külli miqdarda pul qazansa da, sərvətini çox bahalı əşyaların alınmasına xərcləyir. Keycin heç kəsə lazım olmayan qədim bir qəsr və adası da var. Təxminən 2018-ci ildən bəri onun  15 milyondan çox borcu var idi. Nikolas bir çox  əmlakını sataraq borcunu ödədi.

 

Mayk Tayson

Boksun əfsanəsi kimi tanınan Mayk Tayson boksçular içində ən məşhurudur. 20 yaşı olanda dünya çempionatında ağır çəkili  idmançılar arasında 1-ci yerə sahib olur. Mayk Tayson buna nail olan ən gənc boksçu olur və bu çempionatdan sonra külli miqdarda pullar qazanmağa başlayır. Bir döyüşdən 30 milyon qazanan məşhurun hərracda 90-cı illərdə maddi sıxıntıları başlayır. Sərvətinin dəyərini bilməyən idmançı  bir həftə ərzində 400 min dollar pul xərcləyir. Bu cür səhlənkar hərəkətləri getdikcə onu çıxılmaz vəziyyətə salır. Həyat yoldaşı ilə boşananda da 9 milyon dollar itirmiş olur və bununla da, 2003-cü ildə Mayk Tayson iflas edir. Onun 27 milyon dollara yaxın borcu var idi.

 

Lina Hidi

“300 spartalı” və “Game of thrones” kimi məşhur filmlərdə yer alan aktrisanın  hal-hazırda maddi durumu yaxşı deyil. Həyat yoldaşı ilə bir neçə il sürən boşanma prosesi  nəticəsində bu məşhur demək olar ki, tamamilə müflis oldu.  Lena Hedi Hollivuddakı evini və lüks maşınını satmalı oldu. Məhkəmənin bitməsindən sonra  məşhur aktrisanın hesabında  cəmi 5 min dollar var idi.

 

Lindsi Lohan

Lindsi çox bahalı əşyalara pul xərcləməyi sevən məşhurlar sırasına daxildir. Məsələn, o,  hansısa səbəbdən oteldə qalırsa, deməli ən bahalı nömrəni seçməlidir. Nəticədə Lindsinin 500 min dollara yaxın borcu yığılmışdı.  O, hətta buna görə  Çarli Şindən də borca pulda  istəmişdi.

pul

Donald Tramp

Bu gün bu adamı hamı tanıyır. Çünki Donald Tramp ABŞ-ın prezidenti olub və  bundan əlavə, o dünyanın ən varlı insanlarından biridir. Lakin onun həyatında hər şey o qədər də yaxşı olmayıb. Onun qurduğu şirkətlər 4 dəfə iflas edib. İlk dəfə Tramp qumar müəssisələrini maliyyələşdirərkən  böyük zərbə alıb. Onun borcu o zamanlar 900 milyon dollara çatırdı. Bu zərbədən sonra Tramp aviaşirkətini və aktivlərini satmalı oldu.

 

Brendan Freyzer

1990-cı illərin ən  məşhur aktyorlarından bəri tanınan Brendan Freyzer 2000-ci illərin əvvəlində iflas olduğunu açıqladı. Borclar içində üzən aktyor onları bağlaya bilmirdi.

 

Uesli Snayps

Məşhur müğənni və aktyor Uesli Snayps borc bataqlığına düşən məşhurlar sırasındadır. O, hətta  2006-cı ildə vergi fırıldaqçılığına görə saxlanılıb. Məhz o, vaxtdan işləri pis gedir.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir