Boşanan cütlük məhkəmədə ət davasına çıxdı

Baxış sayı: 1. 482
İtaliyada yaşayan cütlük boşadıqdan sonra məhkəmə onların övladlarının anası ilə yaşamasına qərar verib. Uşaq həftə sonları atası ilə görüşməyə başladıqdan sonra onlar arasında yenidən narazılıq yaranıb. BBC-nin xəbərinə görə vegetarian olan ana övladını da belə böyüməyə məcbur etməyə başlayıb. Atası həftə sonları oğluna ət yeməkləri yedirtsə də anası bu vəziyyətdən şikayət etməyə başlayıb. Ata oğlunun ətdən məhrum edildiyini deyərək məhkəməyə şikayət edib. Ata-ananın məhkəməyə müraciətindən sona 12 yaşlı uşağın ət yeməsi haqqında qərar çıxarılıb. Hakim ananın ən az həftədə bir dəfə uşağa ət yeməyi bişirməsi haqda qərar çıxarıb. Ata isə uşağa həftə sonu maksimum iki dəfə ət yedizdirə bilər.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir