bosanma

Boşanmada daha çox kim əziyyət çəkir, qadın, yoxsa kişi?

Baxış sayı: 637

Evli tərəflər arasında ailə ilə bağlı və qanunla nəzərdə tutulan məsuliyyətlərə son qoyulması, el içində isə “ailə dağılması” kimi tanınan boşanma kifayət qədər ağır hüquqi və psixoloji bir prosesdir.

Tərəflərin boşanma və ondan sonrakı zaman ərzində özlərini toplayaraq həyata yenidən sarılması, gündəlik həyat ritualına davam etməsi də şübhəsiz ki, eyni olmur. Bu mənada boşanmadan sonra qadın, yoxsa kişinin daha çox əziyyət çəkməsi bütün dövrlərdə ən çox düşünülən suallardan biri olur.

Tariyel Faziloglu

Psixoloq Taryel Faziloğlunun dediyinə görə boşanma zamanı hər iki tərəf əziyyət çəkir. Kim daha tez toparlanmasına gəlincə isə təbii ki, qadınlar daha tez toparlanırlar:

“Kişilər boşandıqdan sonra daha çox əziyyət çəkirlər. Adətən kişilər boşanmadan qısa müddət sonra çökməyə başlayırlar. Toparlanmaları isə xeyli vaxt alır.

Yəni qadınlar boşanma prosesində daha çox depressiv olurlar. Kişilər isə boşandıqdan sonra bu periodu keçməyə başlayır və aqressivləşirlər. Qadınlar əksər hallarda boşandıqdan maksimum 6 ay sonra özlərini toplayaraq həyatlarına qaldıqları yerdən davam edirlər. Kişilərdə isə boşandıqdan 3-4 ay sonra depressiya başlayır. Özlərinə gəlməsi isə bəzən illərini ala bilər”.

Ekspert hesab edir ki, boşandıqdan sonra özlərini toparlaması üçün kişilərin yanında başqa bir qadının olması mütləqdir:

“Məsələ ondadır ki, tanrının yaradılışı etibarı ilə qadın idarə edən, kişi isə idarə olunan tərəfdir. Kişi boşandıqda onu idarə edən, bir növ arxasını toparlayan bir insanı itirir və nəticədə boşluğa düşür. Bu zaman əsas məsələ həmin kişinin bu boşluğu necə doldurmasıdır.

bosanma

Məhz bu müddət ərzində kişilər daha çox sarsıntı keçirir və ən yaxşı halda psixoloq dəstəyinə ehtiyac duyurlar. Ən pis halda isə böyük psixoloji sarsıntılara düçar olurlar. Bunu “depressiya”, “stress” kimi sözlərlə əvəz etmək daha yerinə düşərdi.

Qadının onu idarə edən birinə ehtiyacı olmadığı üçün özü-özünü daha tez toparlaya bilir. Kişi isə özünü toparlaması üçün mütləq başqa bir qadın əlinə ehtiyac duyur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir