Boşanmaların böyük əksəriyyətinin səbəblərini dərindən araşdırsaq görərik ki, gənclər bir qayda olaraq ailə qurmadan öncə bir-birilərini yetərincə tanıya bilmirlər
Azərbaycanda boşanmaların sayı rekord həddə çatıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib. 2023-cü ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 24 146 nikah və 10 631 boşanma halları qeydə alınıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 4,8-ə düşmüş, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb. Ekspertlərə görə, bu statistika artıq həyəcan təbili çalmaq üçün zəmin yaradıb.
Boşanmaların sayı niyə getdikcə artır? Boşanmaların demoqrafik vəziyyətə necə təsiri ola bilər?
Tanınmış pediatr Vaqif Qarayev bildirir ki, boşanmalarla bağlı statistika dəhşət saçır: “Boşanacaqdınızsa, niyə evlənirsiniz? Rusları keçirik bu göstəricidə. 1580 əkiz, 75 üçəm, 4 dördəm doğulub. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi qızdır. Bu barədə düşünsək yaxşıdır. Ölkəyə əsgər lazımdır, amma fərq getdikcə artır. Ümumilikdə hər 1000 nəfərə doğum 12,2-dən 10,7-yə düşüb”, – deyə həkim bildirir.
Mövzuya “Gencaile.az” üçün münasibət bildirən Peşəkar ailə müşaviri, Həyat koçu PhD. Əfzələddin Rəhimli xoşagəlməz mənzərəni evliliklərin düzgün hədəf üzərində qurulmaması, cəmiyyətdə kişi və qadın (ər-arvad) obrazının anormal şəkildə təsviri., şəxsiyyəti inkişaf etməyən şəxslərin evliliyi. Xüsusilə də, öz duyğu və hissiyyatlatını doğru şəkildə ifadə etmək qabiliyyətinə malik olmamaları, cütlüklər arasında sağlam ünsiyyətin olmaması, yetərli miqdarda məmnunluq hissinin əldə edilməməsi. cütlüklərin vaideynlərinin və yaxınlarının ailəyə müdaxiləsi, xəyanət, maddi problemlər, qeyri-etik dəyərlərin kütlvi informasiya vasitələri, sosial şəbəkələr və sairlə kontrolsuz təbliği kimi məsələlərlə əlaqələndirdi.
Məsələylə bağlı saytımıza danışan psixoloq Fazilə Camalova isə aşağıdakıları dedi:”
Evlilik iki insanın həyatlarını bağlamağa və birləşdirməyə qərar verdiyi zaman başlayan bir prosesdir. Təəssüf ki, son vaxtlar nikahların dağılma sürəti artır. Bəs niyə bu qədər evlilik bitir? İndiki vaxtda boşanmaların artması ilə bir çox insan evliliklərin niyə bitdiyini araşdırmağa başlayıb. Əslində nikahların bitməsinin səbəbi konkret məsələ deyil. Düşünə biləcəyiniz hər hansı bir problem üçün çütlüklər nikahı sonlandıra bilirlər. Maddi imkansızliğin gətirdiyi çətinliklər nikahın sonlandırılmasına bir başa öz təsirini göstərir.Cütlüklər əsasən xəyanət,ailədə zorakılıq,maddi çətinlikləri və s, kimi problemləri səbəb kimi qeyd edirlər. Duyğusal cəhətdən bir birlərini anlamayan gənclər evliliyi bu və bir cox individual səbəblərdən sonlandırma qərarı alırlar.
Hazırladı: İlahə Atəş