Zumrud Haqverdiyeva

Boşanmaların sayı niyə artır? – “SEANS VAXTI”

Baxış sayı: 523

Boşanma nədir? Boşanma, evli tərəflər arasında ailə ilə bağlı və qanunla nəzərdə tutulan məsuliyyətlərə son qoyulmasıdır. Münasibətdə hər kəs öz sözünü təsdiq etmək istəyir. “Mənim dediyim yerə gedəcəyik”, “Mənim istədiyimi edəcəyik” istəkləri olan şəxslərin sayı getdikcə artmaqdadır. Əvvəllər cütlüklər arasında olan problem ailədaxili olurdusa, indi daha çox ictimailəşir.

 

Boşanmanın əsas səbəbləri nələrdir?

1) Ortaq maraq dairəsinin olmaması.

2) Dəyərlər sistemində fərqliliklər.

3) Ailə rol-model fərqlilikləri.

4) Maddi sıxıntılar.

5) Uşaq tərbiyəsində üslubların fərqliliyi.

6) Cinsəllik.

7) Yüksək gözləntinin olması.

8) Qənaətcil olmamaq.

9) Aşırı dərəcədə qısqanclıq.

10) Ailəyə 3-cü şəxsin müdaxiləsi.

11) Xəyanət.

Bosanma

Nəzər yetirsək xoşbəxt cütlüklər də müəyyən problemlərlə qarşılaşırlar. Boşanan cütlüklərin fərqləri nədir? Onların duyğusal zəkasının inkişaf etməsi ilə bağlıdır. Duyğusal zəkası yüksək olan cütlüklər bir-birilərini anlama, bir-birilərinə dəyər vermə bacarıqları yüksək olur. Belə cütlüklər yaxşı dostdurlar. Bir-birilərinin mənfi və müsbət yönlərini daha yaxşı bələd olurlar. Birlikdə zaman keçirməkdən zövq alırlar. Hər zaman bir-birilərini düşünürlər. Problemlə qarşılaşdıqları zaman danışmaqdan çəkinmirlər və həll yollarını birlikdə axtarırlar.

Yaşlı nəslin yanaşmasına nəzər etsək: “Keçmişdə bu qədər boşanma yox idi. Bizlərində problemi olub, amma boşanmaq qərarına gəlməmişik”. Bu yanaşmanın nə qədər yanlış tərəfi olsa da, bir qədər də doğru tərəfi var. Boşanma ən sonda atılacaq addım olmalıdır. Cütlüklər, bütün yollara əməl etdikdən sonra əgər, problemi həll edə bilmirlərsə, psixoloqa müracət etmələri daha düzgün yoldur.

Davamlı olaraq fiziki vəya psixoloji şiddətə məruz qalmış qadın (kişi) lazimi vaxtda dövlət orqanlarına müraciət etmlidir. Hər zaman qadınların şiddətə məruz qalmasından danışırıq, lakin şiddətə məruz qalan bəylər də var. Cinsindən asılı olmadan şiddətin göstərilməsi, yolverilməzdir.

Sağlam evliliyin təməli, cütlüklərin sağlam qərar və addımlarından başlayır. Evliliyə addım atılan zaman sevgi və məntiqlə qərar verilməlidi.  Sevgi hansı halda daha möhkəm olar? Anlayış, hörmət, dinləmək qabiliyyəti olarsa, daha güclü olar.

 

Psixoloq Zümrüd Haqverdiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir