psixoloq efsane rustemova

“Boşanmaq istəyirəm, amma…” – “NATAMAM”

Baxış sayı: 2. 007

“Uşaqlar var deyə boşana da bilmirdim. Bilirdim ki, cəmiyyət də mənə qucaq açmayacaq, ailəm də.  Siz başa düşürsünüz, 23 yaşlı qadın üçün bu yüklə boğuşmaq nə deməkdir?!” deyə sual edirdi 80% pasientim.

Əlbəttə, bilirdim! Bilirdim ki, eviniz ikimərtəbə də olsa, sən o evə “sığa” bilməyəcəksən.  Boğulacaqsan, nəfəsin kəsiləcək. Amma qəfiq uşaq çığırtısına bu ruh halından çıxacaqsan. Çıxmaq məcburiyyətində qalacaqsan. Uzun müddət yorğan altında belə ağlaya bilməyəcəksən. Süd verirsən deyə xoşbəxtliklə əmizdirməyə çalışıb öz duyğularını koraldacaqsan… Beləcə baxacaqsan ki, artıq 30-u tamamlamısan.

“Uşaqlara görə ilk dönəmdə çox çalışdım ki, dost qalaq. Heç olmasa, uşaqlar düzənli görsün atalarını. Bilirəm, indi gözünüzdə kiçiləcəm, əziləcəm. Amma mən neçə illər yalvardım ona ki, heç olmasa, uşağa zaman ayır.”

Cəmiyyətin reaksiyaların öz duyğularından üstün tuturdu. Öngörə bilirdi artıq hər hadisədə  olacaqları, ona deyiləcək sözləri, ediləcək iddihamları.  Qorxurdu,  gerçək duyğuları ilə üzləşməyə. Qınanılacağın bilirdi.

Məni çox üzürdü belə şeylər. Güc lazım idi sadəcə belə anda.  Bu güc ya ata olmalıdır, ya qardaş.. Ya da-sı yoxdur.  Belə məqamlarda Güc-dəstək alına bilmirsə ailədən, başqa yerlərə üz tutulur. Və başlayır O qadınların hekayələri..

(Ardı var)

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir