toy

Boşanmaya aparan 7 əlamət

Baxış sayı: 1. 302

Heç başlamadan bir evliliyin boşanma ilə bitəcəyini təxmin edə bilərsinizmi? Bəzi toy fotoqrafları illər boyu əldə edilmiş təcrübələrinə əsasən söyləyirlər ki, fotolarını lentə aldıqları cütlüklərin taleyini əvvəlcədən görə bilirlər. Fotoqrafların sosial xəbər səhifəsi “Reddit”də paylaşdıqları boşanma işarələri belədir:

 

1. Əgər bir tərəf şəkil çəkdirməklə maraqlanmırsa

Bir dəfə nikah mərasimində özümü gəlinə təqdim edən zaman bəy fotoaparatıma işarə edib dedi: “Bu lənətlik aparatı bu gün nəbadə mənə tərəf tuşlayasan!” Çox çətin bir gün olmuşdu. 3 ay sonra boşandılar.

Məncə, uğurlu və uzun müddətli münasibətin açarı partnyorunuzun ehtiyaclarını nəzərdə saxlamaqdır.

 

Rob Greer, Los Angeles-li toy fotoqrafı

2. Cütlük toyda birgə vaxt keçirmirsə

Nikah mərasimindən sonra, bir çoxu toyunu həyəcanla gözləyir.

Bir dəfə bir toyu başdan-ayağa çəkmişdim və cütlüyün birgə şəkillərinin sayı heç 10-u keçməzdi. Bu isə heç də yaxşı göstərici deyil.

 

Gretchen Wakeman

3. Evlilikdən çox nikah və toya köklənilirsə

Birgə şəkillər çəkdiyim ortağımla bunu tez-tez müzakirə edirik. 8, 10, 12 saat boyunca gəlin və bəyi bir obyektivə baxan şəkildə, ətrafdakı təsirlərdən asılı olmayan formada yaddaşa həkk edirik və bir-birləri ilə olan münasibətlərinə köklənirik.

Xüsusilə də təmas, istilik, romantika daşıyan anları tutmağa çalışırıq. Bunlar olmadıqda sevginin yoxluğunu dərhal hiss edirsən.

Cütlüklərin toydan əvvəlki təşkilat görüşlərində, nişan çəkilişlərində və nikah günü onlarla çox vaxt keçiririk. Qısa müddətdə hansı üçün nəyin əhəmiyyətli olduğu özünü büruzə verir.

Çox sayda cütlük var ki, xüsusilə də gənc cütlüklər, yalnız nikah və toylarını düşünürlər, evliliyin özünə bir o qədər də diqqət ayırmırlar.

Gənc cütlüklər ilə daha yaşlı-ikinci evlilik yaşayan cütlüklər arasında böyük fərq var.

 

SuccesiveApprox

4. Ən əlverişsiz anda mobil telefonuna cavab verirsə

İndi evli qalıb-qalmadıqlarını bilməsəm də, bir bəy nikah mərasimində yeridiyi zaman telefonla danışırdı və əynində cins şalvar var idi.

Gəlin isə heç də xoşbəxt görünmürdü. Təəssüf ki, gəlinin telefona reaksiyası zamanı şəkil çəkmədim.

 

directinLA

5. Cütlüyün arasında bir bağlılıq yoxdursa

İlk etdiyim foto sessiya Philadelphia-da yerləşən bir muzeydə evlənən cütlük üçün olub.

10 illik toy fotoqrafı olan və bu sənəti mənə öyrədən dostu da mənimlə idi.

Dostum onların öpüşən yerdə şəkli olsun istədi və bu təklifi edən zaman gəlin “Yox, yox, çox sağ olun” dedi.

100-dən çox nikah mərasimində foto çəkən dostum bir-birindən bu qədər xoşu gəlməyən ikinci cütlük görmədiyini demişdi.

 

Colmes

6. Toy tortunun kəsilmə forması

Klişe səslənsə də, məncə, toy tortu kəsildiyi zaman yaşananlar da çox önəmlidir. Cütlük dərhal bir-birinə tortu yedirir? Yaxşı göstəricidir. Biri digərinin burnuna, üzünə krem sürtür? Yenə də yaxşı göstəricidir.

Amma qarşı tərəf bu zarafatlara kəskin reaksiya verirsə, heç də yaxşı işarə deyil. Məncə, bu, münasibətin sonu olacaq sevgisizliyə işarədir.

Üzünüzə krem sürtülməsini istəməsəniz belə, vəziyyəti gülərək ötüşdürə bilməli və yaxşı vaxt keçirməyə köklənməlisiniz.

 

2D Printer

7. Pula münasibət fərqlidirsə

Bir dəfə bir cütlük studiyaya gəldiyi zaman satış təqdimatı edir və toy fotoqrafı kimi məni seçmələri gərəkdiyini izah etməyə çalışırdım. Gəlin ayaq yoluna getmək üçün üzr istədi və ayağa qalxdı.

Gəlin uzaqlaşdıqdan sonra, bəy mənə “Bu toy məni məhv edəcək. Əvvəl hesabladığımız toy büdcəsi hazırda iki dəfə artıqdır,” dedi.

150 qonağın dəvət olunduğu möhtəşəm toydan cəmi 6 ay sonra ayrıldılar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir