bosanma

Boşanmış qadınlar bu səbəbdən ailə qura bilmirlər – PSİXOLOJİ ARAŞDIRMA

Baxış sayı: 1. 689

Son dövrlər boşanmış qadınların təkrar ailə qurmasında problem olduğu hamıya məlumdur. Hətta, onların bir çoxu öz gözəllikləri və şəxsi keyfiyyətləri (namuslu, ismətli olmaları) ilə, diqqət çəksələr də, təkrar ailə qurmaları problemə çevrilir. Maraqlıdır ki,  bir çox hallarda  həmin qadınlar özləri bundan imtina edirlər. Yəni, çıxan namizədlərə “yox” cavabı verirlər. Sual yaranır: niyə bu cür  qadınlar bir evin xanımı olmaqdan imtina edib, ata evinin küncündə oturmağa üstünlük verirlər?

Son dövrlər iş təcrübəmdə bu cür qadınlarla tez-tez rastlaşıram (yəqin ki, ətrafınızdakı boşanmış qadınlarda siz də bu halı müşahidə edirsiniz). Sual yaranır: bu, taleyin qismətidirmi, yoxsa, burada hansısa bir bir qanunauyğunluq var?

Buradakı sirləri aşkar etmək üçün psixoloq olaraq boşanmış qadınlar arasında test sorğusu aparmaq qərarına gəldim. Sorğunun nəticələrindən aydın olur ki,  onlarda aşırı əsəb mövcud olur. Ona görə də onlar həyat yoldaşları və digər ailə üzvləri ilə yola gedə bilmirlər. Bu cür qadınlarda adətən aşağıdakı digər əlamətlər də müşahidə olunur:

– Baş, boyun, çiyin, bel ağrıları;

– Ürək  döyüntüləri;

– Diksinmə, qorxu, vahimə;

– Qorxulu yuxular görmə;

– Boğulmalar;

– Cinsi istəksizlik, həvəssizlik;

– Yuxuda vəhşi heyvanların (yaxud qorxulu varlıqların) onu təqib etməsi;

– Gecələr tez-tez sidiyə çıxma (bəzi hallarda);

– Menstruasiya  dövrünün həddən artıq ağrılı və sancılı keçməsi;

– Qərarsızlıq (bir fikrə gələ bilməmək);

– Hallunasiya (yanından kölgə keçdiyini, boş otaqdan səs gəldiyini hiss edir);

– Həzm sistemi pozğunluqları;

– Analıq orqanlarında kistalar, miomatik düyünlər, fibroma;

– Həvəssizlik, ümidsizlik, sevgisizlik, inamsızlıq;

və s.

Sadaladığım bu əlamətlərdən bir neçəsi olan qadınların ərləri ilə yola getməsində problem yaranır. Çünki, belə qadınlarda bir qayda olaraq cinci istək olmadığından (yaxud, az olduğundan), ərləri ilə aralarında məhəbbət bağı qırılır (yaxud, zəifləyir). Bundan sonra ailədə soyuma başlayır. Qadında öz ərinə, yaxud digər ailə üzvlərinə qarşı (yaxud, əksinə) aqressiya baş qaldırır. Bəzi ağır hallarda qadın ərinin ona yaxınlaşmasını özünə təhqir bilir və özünü zorlanmış hesab edir…  Beləliklə, qadın bu və digər səbəblərdən əriylə birlikdə yaşamağı mümkünsüz hesab edir və boşanmaq qərarına gəlir.

Boşandıqdan sonra bu cür qadınlar qarşılarına  çıxan bəy namizədlərə bir qayda olaraq “yox” cavabı verirlər, yaxud da, onların münasibəti alınmır (hansısa səbəbdən baş tutmur).

bosanma

Oxucuda sual yaranacaq ki, bu nəyin nəticəsidir?

Psixoloji və elmi-lədun araşdırmalarımız, eləcə də test sorğularının nəticələri göstərir ki, bütün bunlar ətraf mühitdən gələn neqativ enerjilərin təsirindən yaranır. Bu enerji əsasən insanın onurğasında toplanaraq ostroxondroza, yaxud, fəqərə yırtıqlarına səbəb olur. Bütün bunlar əsəbi (siniri) pozur.

Ətraf mühitdən orqanizmə daxil olan neqativ enerjinin ikinci ən çox toplandığı yer cinsiyyət orqanlarıdır. Bu halda qadında cinsi istəksizlik yaranır,  menstruasiyanı pozur və güclü sancılara, ağrılara, bəzi hallarda yumurtalıqlarda kistaların, polikistozların, miomatik düyünlərin yaranmasına gətirib çıxarır.

Belə qadınlarda cinsi istək olmur. Son nəticədə, yuxarıda qeyd etdiyim kimi, bu cür əlamətləri olan boşanmış qadınlar adətən evlilik təkliflərinə “yox” cavabı verirlər. Səbəb onların qəlbindən sevgi və inam hissinin (oxu: faylının) silinməsidir. Belə ki, kompyuterlərimizə düşən virus ondakı fayl və proqramları necə silirsə, insana daxil olan neqativ enerji də qəlblərdən sevgi və inam faylını elə silir, həyatı dondurur, cinsi istəyi (məhəbbəti) öldürür.

Nəticədə bu cür qadınlar boşanmağa meyilli olurlar və sonradan ailə qurmağa daxili həvəsləri olmur.

Bu gün cəmiyyətimizdə neqativ enerji həddən artıq çox yayıldığından, bu enerjinin təsirinə məruz qalan  qadınların da sayı sonsuzdur. Nəticə olaraq, son dövrlər  boşanmaların sayında aşırı artım müşahidə edilməkdədir.

bosanma

Bəs bütün bu hallardan necə  xilas olmaq olar?

Tibb elmi neqativ enerjiyə qarşı vasitə kəşf etməsə də, bizim tətbiq etdiyimiz psixoloji və elmi-lədun (elmin alt qatı) metodu ilə cəmi 21 günə bu enerjidən və onun yuxarıda sadaladığım  fəsadlarından xilas olmaq mümkündür.

Bütün bu neqaiv əlamətlərdən xilas olan qadınların səhhətlərində mövcud olan sadaladığım problemlər

aradan qalxmaqla yanaşı, məhəbbət hissi bərpa (vostonovit) olur və o sevərək ailə qurur; əsəbi olmur və ailəsinə bağlı olduğundan boşanmaq haqqında bir daha düşünmür (seans etdiyim boşanmış qadınların çoxu hətta, keçmiş ərindən də təkrar evlilik təklifləri alırlar).

 

Paşa Yaqub, psixoterapevt




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir