“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə bostan kababının hazırlanma qaydasını təqdim edəcəyik.
Lazım olan ərzaqlar
2 ədəd badımcan
2 stəkan duru yağ
Bostan kababı içliyi üçün
0,50 kq kiçik doğranmış ət
1 yemək qaşığı tomat püresi
1 yemək qaşığı bibər püresi
1 ədəd böyük soğan
2 yemək qaşığı kərə yağ
2 yemək qaşığı duru yağ
duz
istiot
qırmızı bibər
kəklikotu qurusu
Sos üçün
2 ədəd pomidor
1 çay qayığı tomat püresi
Üzəri üçün
pomidor
bibər
Bostan kababı hazırlanma qaydası
Badımcanı eninə ortadan iki yerə bölün. Alacalı olaraq soyun. Bundan sonra soyulub ortadan kəsdiyiniz badımcanları 30 dəqiqə duzlu suda gözlədin. Bundan sonra suyunu silin və qurulayın. Bir qaşıq vasitəsi ilə badımcanların içərisini yüngülcə oyun. Maye yağı isidin. Badımcanları burada o üz – bu üzünə çevirə çevirə yandırmadan qızardın. Qızartdığınız badımcanları süfrə kağızının üzərinə qoyun. Burada artıq yağlar süzüləcək. Badımcanlar burada soyuyarkən, içlik üçün kərə yağı və maye yağı qazana qoyun. Üzərinə doğranmış soğanı əlavə edin. Soğan qovrulmağa başladıqda bunların üzərinə ət və tomatı da əlavə edib qabağını qapadın. İçlik bişdikdən sonra duz və ədviyyatını da istəyə görə vurub ocağın üzərindən götürün. Bostan kababı üçün əvvəlcədən qızartdığımız badımcanları soba sinisinə düzün. Sonra hazırladığınız içliyi badımcanların üzərinə yerləşdirin. Yumru dilimlənmiş pomidor və bibər ilə də üzərini bəzəyin.
Bostan kababı üçün sosun hazırlanması
Tavaya yağı qoyun. Üzərinə tomat püresini əlavə edin və qovurun.
Qabığı soyulmu, kub formasında doğranmış pomidorarı da buraya əlavə edin və qapağını örtün. Vam odda pomidorlar tamemən bişənə qədər gözləyin. Bişən sosu da badımcanların üzərinə əlavə edin. Bundan sonra bostan kababı sinisini yağlı kağız və ya aluminium folqa ilə qapadın. Sobanı əvvəlcədən 200 dərəcəyə isidin. 200 dərəcəyə isidilmiş sobada kababı 10-15 dəqiqə bişirib servis edin.
Nuş olsun!
Təqdim etdi: Məsudə Sultan