Boyun ağrısı, boyun hərəkətlərində yetərsizlik və boyun əzələlərində gərginlik kimi şikayətlər xüsusən gərgin işdə çalışan insanlarda daha çox rast gəlinir.
Boyun əhəngləşməsi boyun onurğaları və aralarında yerləşən disklərin köhnəlməsi nəticəsində yaranan bir xəstəlikdir. Nəticədə sinirlərin keçdiyi yollar daralaraq sinirlərə təzyiq göstərilir. Bununla əlaqədar olaraq boyunda və qollarda ağrı, keyimə ortaya çıxır, 40-50 yaş arasında şikayətlər irəlilədikcə çoxalır.
Ağrılar boyun hərəkətləri ilə artaraq dincəlməklə azalır. Qol ağrısı, keyimə, əzələ gücsüzlüyü və duyğu qüsurları ortaya çıxır. Ağrı müddəti artdıqca yuxu pozğunluğu, depresiyya şikayətləri ilə xarakterizə olunan xroniki ağrı tablosu ortaya çıxır. Boyun içindən keçən damarların təzyiq görməsi ilə bağlı baş dönməsi də yaşana bilər. Daha çox irəli yaşda fiziki ağır işdə və uzun müddət eyni vəziyyətdə qalaraq işləyənlərdə, duruş pozğunluğu, ciddi onurğa əyriliyi olan xəstələrdə boyun əhəngləşməsi riski daha çox rastlanır.
Boyun əhəngləşməsində ilk olaraq dərman müalicəsiyə yanaşı, fiziki müalicə və reabilitasiya proqramları təyin olunur.
Boyun ağrılarından qurtulmaq üçün bunlara diqəqt edin!
Kompüterlə işləyərkən boynun təbii vəziyyətini pozmayacaq şəkildə durun. Baş və boyun dik, gövdəylə eyni səviyyədə olmalıdır. Kürəyi dəstəkləyən oturacaq istifadə edin. Kompüter göz səviyyəsinə görə nə çox aşğıda, nə də yuxarıda olmalıdır. Gözlə monitor arasında 50-65 sm məsafə olmalıdır. 30-40 dəqiqədən bir pozisiyanı dəyişdirin. Saatbaşı 5-10 dəqiqə fasilə verin. Tez-tez telefonla danışırsızsa, qulaqcıqlardan istifadə edin. Çox yüksək və alçaq yastıq istifadə etməyin. Yastıq boyun boşluğunu dəstəkləsin. Boyun bölgəsi üçün yararlı idman hərəkətlərini hər gün edin.