Saxta mallar bazarı inanılmaz dərəcədə böyükdür – “Adidas” idman ayaqqabısı və “Louis Vuitton” çantalarından “Chanel” ətir və dekorativ kosmetikaya qədər. Marketoloqlar bir məhsul üçün çoxlu pul ödəməyimizi təmin etməyə çox çalışırlar və digər insanlar bundan faydalanır və eyni məhsulları kopyalamaqla ucuz qiymətə təklif edirlər. Nüsxələri orijinaldan ayırmaq çox vaxt çətin olsa da, saxtalar təhlükəli ola bilər, çünki onlar lazımi nəzarət və sertifikatlaşdırmadan keçmirlər.
“Adidas” ayaqqabısı
Orijinal “Adidas”dakı ipliklərin dəlikləri bəzi köhnə modellər istisna olmaqla metaldan hazırlanmayıb. Həm də onların sayını hesablamağı unutmayın: orijinal modellərdə həmişə uşaq və qadın ayaqqabılarında 6, kişilərdə isə 7 deşik olur.
– Daban loqosunu da yoxlaya bilərsiniz: o, bütün arxa hissəni tutmalı və səliqəli görünməlidir. Saxta cütlərin adətən kiçik, forması pozulmuş və səhv yazılmış loqosu olur.
Ayaqqabının dilindəki etiketdə olan seriya nömrəsini yoxlayın.Original cütün sağ və sol çəkmə üçün 2 fərqli seriya nömrəsi olur. Saxtalarda isə çox vaxt hər iki idman ayaqqabısı üçün eyni seriya nömrəsi olur.
“Chanel” ətri
Əvvəlcə flakonun görünüşünü yoxlayın. Orijinalın etiketində qabarmış hərflər var, bundan əlavə, flakon mükəmməl bərabərlikdə olmalıdır. Flakonun boynundakı kiçik dəmir hissəni yoxlayın. O, mərkəzdə və “boyun” hissəyə yaxın olmalıdır.
Flakonun altına da baxın. Möhürdə heç bir səhv olmamalıdır və o, ön tərəfdə bir yerdə deyil, şüşənin tam ortasında olmalıdır. Toplu kodu və barkodu müqayisə edin. Orijinal versiyada barkodu arxa tərəfdə, eləcə də açılmamış ətir qutusunun altında tapa bilərsiniz.
“Louis Vuitton” çantaları
Naxışın çantaya bərabər paylandığından əmin olun. Naxış bərabər görünməli və bütün çantada özünün güzgü şəkli formasında olmalıdır. Çantanın bir tərəfində dairə kəsilirsə, digər tərəfdən də eyni yerdə kəsilməlidir.
– Çantanın arxasındakı LV emblemlərinin tərs olub olmadığını yoxlayın. “Louis Vuitton” çantaları bir davamlı dəri zolağından hazırlandığından, LV emblemləri çantanın ön və arxa tərəfində düzgün şəkildə yerləşdirilir.
Fermuarı da mütləq yoxlayın. Qızıl örtüklü həqiqi metaldan hazırlanmalıdır.
MAC dodaq boyası
Qutunu yoxlayın. Stikerdə rəngin adı və barkod göstərilməlidir.
– Borunun altındakı seriya nömrəsini oxuyun. Orijinal MAC pomadalarında A, B və ya C ilə başlayan seriya nömrələri var, adətən A44 və ya B32 kimi 2 rəqəmdən sonra gəlir.
Qapaqdakı MAC loqosunu yoxlayın. Əsl MAC loqosu, demək olar ki, borunun qapağına kəsilmiş kimi görünməlidir və şrift hündürlüyü çox kiçik olmalıdır, hərflər bir-birinə yaxın olmalıdır. “A” hərfinin hər iki tərəfindəki nöqtələr də mükəmməl yuvarlaq olmalıdır.
– Pomadanın qoxusuna baxın. Əgər originaldırsa, yumşaq vanil dadını görəcəksiniz. Saxta MAC pomadaları meyvə və ya konfet kimi qoxuya bilər.
Cartier Sevgi Qolbağı
Orijinal Cartier zərgərlik məmulatları 18k qızıl üçün Au 750 və ya 750, platin üçün Pt 950 və ya 950 kimi işarələr ilə möhürlənəcək.
Qolbağı çəkin. Orijinal Cartier Love qolbağının çəkisi dizayndan asılı olaraq 30- 38 qram arasındadır.
Seriya nömrəsini yoxlayın. Bütün Cartier zərgərlik məmulatlarında olan standart əlamətə əlavə olaraq, Sevgi qolbağının hər iki yarısında qolbağın seriya nömrəsi olacaq.
Croc’s
Loqotipi yoxlayın. Authentic Crocs-un altlığında Duke loqosu çap olunub. Arxada 2 göz və 6 hamar tüberkül olmalıdır, hər birində 3 barmaq olan 2 əl görünür.
Ayaqqabıların altını yoxlayın. Orijinal ayaqqabıların bir tərəfində altlığın ortasında Crocs loqosu var.
Levi’s cins şalvar
– Yamağı səhvlər üçün yoxlayın. Orijinal Levi’s-də həmişə model, bel və ölçüylə bağlı məlumatlar qara hərflərlə yazılır. Bunun səbəbi əvvəlcə ümumi etiketin yaradılması və sonra bu spesifikasiyaların hər bir xüsusi cins şalvarda çap edilməsidir.
Orijinal cinslərdə etiket yuyulma zamanı solmur.
Düzgün yerləşdirilməyən etiketlər və ya orfoqrafik səhvlər cütün saxta olduğunu göstərən əlavə göstəricilərdir.
Nubar Süleymanova