lavanda

Bu ətirdən istifadə etsəniz, dərhal varlanacaqsınız

Baxış sayı: 1. 844

Ofisdə hamımız, adətən, zəngin qəhvə qoxusu ilə qarşılaşmağa öyrəşmişik. Xaricdə qəhvə qoxusunun şirkətin əməkdaşlarının əmək və məhsuldarlıq qabiliyyətinə yaxşı təsir etməsi fikir var. Lakin otağın xoş qoxuya bürünməsi ofisdə yalnız xoş və rahat atmosferin yaradılmasının ən səmərəli və gözəl vasitələrindən biri deyil. Bu, həm də çoxlu pullar qazanmağa real imkanlar verir. Necə? İlk növbədə insanın çalışdığı, yaşadığı məkan təmiz olmalıdır.

Bir insanın iybilmə sistemində beyinin müxtəlif şöbələrinə siqnallar göndərən 40 milyondan çox reseptorlar yerləşir. Qoxular sayəsində əvvəllər özünüzdə kəşf etmədiyiniz potensialı belə inkişaf etdirə bilərsiniz.

Bu yazıda sizə  zehni gücləndirərək böyük pullar qazanmağa imkan yaradan, psixologiyaya güclü təsir edən qoxular haqqında maraqlı məlumatları təqdim edirik.

Alimlər müəyyən ediblər ki, müəyyən qoxuları iylədikdən sonra orqanizmdə neyronların fəallığına təsir edən sineolun səviyyəsi yüksəlir. Məhz o bütün diqqəti intellektual vəzifələrin icrasına cəmləşdirməyə kömək edir. Bundan başqa, aqressivliyi azaldır, analitik bacarıqları gücləndirir.

 

Vanil desert: Desert qoxularından ofisin əməkdaşları arasında daha yaxşı anlaşmanın və dostluq mühitinin yaradılması üçün istifadə edirlər. Nümunə üçün uzağa getmək lazım deyil. Məsələn, almalı, vanilli piroq dəyərli xatirələri oyadır, kreativ ideyaların yaranmasına kömək edir, eyni zamanda da yaradıcılıq proseslərini stimullaşdırır. Daha rahat və xoş ətirli aura isə mürəkkəb müqavilələrin imzalanmasına şərait yaradır.

 

Limon, zəncəfil və nanə: Əgər yeni biliklər yavaş və çətin mənimsənilirsə, yaddaş zəifləyibsə, beyinin işini bu üç enerji daşıyıcılarının qoxusunun hesabına sürətləndirmək olar. Əlbəttə ki, sizin onlara qarşı allergiyanız yoxdursa.

 

Ozon: Bu tərkibdə tərkibli ətirlər həftənin sonlarında fikri cəmləşdirməyə və iş gərginliyi aradan qaldırmağa kömək edirlər. Əgər siz də həftə sonlarına yaxın yorulduğunuzu hiss edirsinizsə, bu ətirlərdən istifadə edin. Birmənalı şəkildə vəziyyəti sabitləşdirəcəksiniz. Buna adi ətrin gücü ilə nail olmaq həqiqətən də çox təəccüblüdür.

 

Səndəl: Onun qoxusu gəlirdə artımı səbirlə gözləməyə hazır olan insanlara uyğun gəlir. Bu bitkinin energetikasını kumulyativ effektlə müqayisə edirlər. Yəni onun təsirini müəyyən edilmiş istiqamətdə gücləndirmək mümkündür.

 

Lavanda: Qərbdə bu qoxunun kommersiya və biznes sahəsində uğur gətirildiyinə inanılır.

 

Çiçək qoxusu: Xüsusilə yay aylarında açan çiçəklər, insana müsbət enerji verir, mənfi düşüncələrdən bir müddətdə olsa da, uzaq tutur.

 

Torpaq qoxusu: Yağışlı havalardan sonra torpaqda yaranan qoxu insana fərahlıq verir və rahatlıq bəxş edir. Torpaq qoxusunun sinirləri sakitləşdirici xüsusiyyəti var.

 

Çökə ağacı: Cökə çayının sakitləşdirici təsirini bilməyən yoxdur. Ətrafınızda cökə ağacı varsa, yaxınlığına gedib ətrini ciyərlərinizə çəkin. Sakitlik və dinclik verdiyini qısa zamanda fərq edəcəksiniz.

 

Meyvə qoxusu: Təzə aldığınız meyvəni kəsdikdə yayılan qoxu beyninizə sağlam qida siqnalları göndərir. Daha dadına belə baxmadığınız halda hiss etdikləriniz meyvəni yedikdən sonra insana xoşbəxtlik hissi aşılayır. Meyvə qoxuları iş gününün uğurlu keçməsini təmin edir.

Qədim Çində, Tibet və Hindistanda var-dövlət əldə etmək üçün pul və sikkələrə, ovcun səthinə müəyyən efir yağları sürtürdülər. Bununla onlar lazımi məbləği tez bir zamanda qazanacaqlarına inanırdılar.

 

Ətirlərin qeyri-adi, görünməz qüvvəsi evə də uğur və ruzi-bərəkət vəd edir.

Berqamot həyat enerjisini artırır;

Limon yeni şəraitə uyğunlaşmağa kömək edir;

Orxideya maliyyə sabitliyi verir;

Paçuli evə rifah gətirir, var-dövlət cəlb edir;

Mixək enerji qoruyucudur, həyat enerjisinin evinizi tərk etməsinə icazə vermir;

Şam daimilik və sabitlik, maliyyə vəziyyətinin möhkəmliyini təmin edir;

Sidr pul cəlb edir;

Darçın işlərinizdə uğur gətirir, yaradıcılığa meyli oyandırır, zehni qabiliyyəti inkişaf etdirir;

Muskat tərəqqiyə kömək edir;

Zəncəfil var-dövlət verir;

Verbena bəxt vəd edir;

Portağal pul və uğur gətirir.

Mixək toxumu var-dövlət və zənginlik gətirir.

Jasmin pul bəxş edir;

Nanə və istiot enerjinizin azalmasına icazə vermir, üstəlik, maliyyə imkanlarını genişləndirir.

Rozmarin isə təkbaşına yaddaşı əsaslı şəkildə gücləndirir.

Sərv, lavanda, paçuli, evkalipt, səhləb, yemiş, ərik, berqamot və reyhan isə ən çox pul gətirən ətirlər hesab olunurdu.

Əlbəttə ki, ofisdə yuxarıda sadalanan bütün ətirləri eyni vaxtda aktivləşdirmək mümkün olmayacaq. Ofisə ətir seçməklə iş bitmir, ondan həm də düzgün istifadə etməyi bacarmaq vacibdir. Ətirdən istifadə ətrin özü kimi mühüm məqamdır. Məsələn, avtomatik sprey istifadə etmək olar, otağı müstəqil şəkildə qoxularla zənginləşdirəcək. Sizə isə yalnız lazımi intensivliyi müəyyən etmək qalacaq. Ətirli hissəciklər geyim və mebel əşyalarına düşməyəcək, havaya isə bərabər miqdarda paylanacaqlar. Bu zaman qoxu ofisin yalnız bir hissəsində yığışmayacaq, onun bütün sahələrinə yayılacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir