uzr

Bu 8 halda heç kimdən üzr istəməyə bilərsiniz

Baxış sayı: 1. 230

“Üzr istəyirəm” ifadəsi hər kəsə tanışdır. Hətta  bəzi insanlar gün ərzində bu ifadəni olduqca çox işlədir. Düzdür, kiminsə öz səhvinə görə üzrxahlıq etməsi yaxşı haldır, amma bəzi hallarda üzr istəməyə ehtiyac olmadığı halda bunu edirik ki, bu da heç də yaxşı hal deyil. Təsadüfi deyil ki, sosiloqlar ehtiyac olmadığı halda üzr istəmənin insanda özgüvən problemi yaratdığını qeyd edirlər. Hansı hallarda üzr istəməli olduğunuzu bilmək maraqlıdırsa, “Gencaile.az” saytının bu yazısını sona qədər oxuyun.

 

 

Düz danışdığınız üçün üzrə gərək duymayın

Hər hansı bir məsələdə hər şeyi olduğu kimi danışmağınız sizin qarşınızdakı insana sayğı duyduğunuz və onu qorumaq istəyinizin olduğundan xəbər verir. Ancaq hər hansı bir mövzuda yalan danışmamaqla paralel qarşınızdakı adamın qəlbini sındırmamağa da önəm verməlisiniz. Məsələn, mavi rəngli pomada sənə heç yaraşmır deməkdənsə, tutaq ki, qırmızı rəngli pomada sənə daha çox yaraşar demək daha yerinə düşər.

 

Duyğusal olduğunuz üçün üzr istəməyin

Qarşıalşdığınız hər hansı bir hadisə kefinizi poza bilər və bu sizdə duyğusallığa yol aça bilər. Yaxud elə yaradılışdan duyğusal insan ola bilərsiniz. Bu xarakteriniz üzündən hər hansı bir söhbət əsnasında qarşınızdakı şəxsdən üzr istəməyə gərək yoxdur. An etibarilə hiss etdikləriniz nədirsə onu yaşamağa üstünlük verməlisiniz.

 

Görünüş və geyim məsələsi

Özünüzü hansı formada rahat hiss edirsinizsə, elə o formada da olun. Məsələn, saçınızın və makiyajınızın forması, geyim tərziniz və s. bu kimi məsələlərdən dolayı çevrənizdən üzrxahlıq etməyin. Tərzlə bağlı bəlli tələblərin olduğu tədbirlərdən başqa istənilən ortamda istənilən stildə olmaq sizin ən təbii haqqınızdır və bu səbəbdən özünüzü narahat hiss etməyə və kiməsə üzr borcunuzun olduğunu düşünməyə əsas yoxdur.

 

Tək qalmaq istəməyiniz normalıdır

Bəzən elə olur ki, içimizdə tək qalmaq istəyi yaranır. Hətta elə olur ki, bu yalnızlıq bizə çox şey qazandırır. Problemləri rahat təhlil etməklə çıxış yolunu daha asan tapa bilirik. Bu baxımdan insanların zaman-zaman tək qalmaq arzusunda olması anormal hal deyil. Məhz bu səbəbdən bu istək fonunda kiməsə “bağışla” demək də lazım deyil. Hətta tək qalmaq üçün ən yaxın dostunuzla görüşdən və ya hər hansı tədbirə getməkdən imtina etmiş olsanız belə.

 

Başa düşməyəndə üzr istəməyə bilərsiniz

Kənardan belə demək mmümkünsə, avvam kimi görünəcəyinizi düşünür və ilk cəhddə anlamadığınız bir şeyi yenidən soruşmaqda çətinlik çəkirsiniz? Əgər belədirsə, bunun üçün üzülməyin. Hər hansı mövzuda deyilənləri anlamamaq heç də təbiilikdən uzaq deyil. Bu halda həmin mövzu haqda daha anlaşıla bilən tərzdə açıqlama istəməyiniz çox normaldır və bunun üçün “pardon” deməyə dəyməz.

 

Bəzi şeylər gecikərsə…

Ola bilsin ki, bəzi adamlar öz işlərinin sizin işinizdən daha önəmli olduğunu qənaətindədirlər və bu səbəbdən də məsələn, sizə işlə əlaqədrar göndərilən mail-lərə daha tez cavab verməli olduğunuzu düşünürlər. Ancaq unutmaq olmaz ki, sizin də öz işləriniz var və işlərinizi qurduğunuz plana uyğun nizamlayırsınız. Başqa sözlə, başqaları üçün uğun olan zaman kəsiyi sizin ən məşğul olduğunuz vaxt ola bilər və belədə sözügedən gecikmələr üçün narahat olmaq yersizdir.

 

Problem sizdən qaynaqlanmırsa, üzr gərəksizdir

Hər şeyi mükəmməl şəkildə planlamaq hələ onu eyni mükəmməlliklə həyata keçirəcəyiniz anlamına gəlmir. Məsələn, hər hansı bir təqdimat mərasimində texniki problem yarana bilər və bu bütün planlarınızın pozulmasını şərtləndirər və ya yolda gələrkən yaranmış tıxac hər hansı görüşə gecikməyinizə zəmin yarada bilər. Bu tip durumlarda üzr istəməməkdə sərbıstsiniz. Başqa sözlə, problemin səbəbi siz deyilsinizsə, nəticəsinə görə üzr istəməmək ən təbii haqqınızdır.

 

Kiminsə əvəzinə üzürxahlıq etməməlisiniz

Elə vaxtlar ola bilər ki, hansısa yaxınınızın və ya tanışınızın səhvi ucbatından çox utanırsınız. Hətta onun əvəzindən kimdənsə üzr istəməli də olursunuz, ancaq əslində günahkar olmadığınız məqamda üzr istəməyinizə ehtiyac yoxdur.

 

Hazırladı: UĞUR 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir