Bu adam 55 ildir ki…

Baxış sayı: 1. 516

Bu xəbəri oxuyanlar gözlərinə inanmır. “Gencaile.az”ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, 89 yaşlı Mehmet İnanc 55 ildir yata bilmir. Türkiyənin Eskişehir şəhərində yaşayan və “yuxusuz Mehmet” ləqəbi ilə tanınan Mehmet İnanç bu barədə açıqlamasında sonuncu dəfə 1960-cı ildə yatdığını bildirib.

Onu müayinə edən həkimlərin də uzunmüddətli yuxusuzluğa tab gətirmədən yatdığını qeyd edən Mehmet İnanç yuxusuzluğunun səbəbinin tapılmadığını, ancaq son 55 ildə qarşılaşdığı vəziyyətə artıq alışdığını açıqlayıb. “Bir tibb bacısı kağızdaki yazıları oxumağımı istədi. Mən başladım oxumağa, bir saat oxudum, baxdım ki mənim yatmağımı gözləyən yanımdaki tibb bacısı yatıb, oyatdım onu. Daha sonra ikinci dəfə test etdilər və məni üzüqoyulu yatırtdılar, ancaq bu dəfə də rahatsızlandığım üçün ondan imtina etdilər.  Bu durumda olmaqdan əvvəllər çox narahat idim, amma indi bu mənə problem yaratmır”

Gecələr yatmadığı üçün işlərini görmək üçün vaxt problemi olmadığını dilə gətirən 89 yaşlı Türkiyə sakini gecələr kitab və qəzet oxuduğunu, eləcə də mobil telefonların təmiri ilə məşğul olduğunu bildirir.

 

yat yatma 2 yatma




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir