aksessuar

Bu aksessuarlar Yeni ildə sizə uğur gətirəcək

Baxış sayı: 527

Yeni il üçün yalnız paltarları deyil, həm də düzgün rəngli aksesuarları seçmək vacibdir. Xoşbəxtlikdən, ilin simvolu – Əjdaha – zərgərlik əşyalarını sevir. Və elə bir xanım yoxdur ki, mücrüsündən bəzək əşyaları tapılmasın.

Stilistlər və astroloqlar xanımlara bayram obrazlarında qızıl aksesuarlar taxmağı tövsiyə edir. Çünki onlar 2024-cü ildə öz sahiblərinə uğurlar gətirəcək. İlin simvolu utancaqlığı və diqqət mərkəzində olmaqdan qorxanları sevmir. Odur ki, 2024-cü ildə şans və xoşbəxtlik cəlb etmək istəyirsinizsə, o zaman risk etməli və sınaqlardan qorxmamalısınız. Qızılı sikkələrin rəngi bu işdə bizə kömək edəcək. Və aksessuarların adi gümüşü və çəhrayı alt tonlu versiyaları kifayət deyil. Uğuru əldən vermək istəmirsinizsə, sizə nəzərəçarpan və parlaq sarı qızılı bəzək əşyalarına üstünlük verməyi tövsiyə edirik. Bu rəng sxeminin müxtəlif aksessuarlarını bir obrazda eyni anda qarışdırmaqdan qorxmayın, sadəcə olaraq onların bir-biriylə ahəngdar olması daha məqsədəuyğundur.

Qızıl aksesuarları seçərkən bir neçə qaydaya diqqət yetirin. Sarı rəng “rəqibləri” sevmir, odur ki, parlaq daşlı zərgərlik nümunələrindən imtina etmək daha yaxşıdır. Yeni ilin ən dəbli bəzəklərini iki sözlə ifadə etməli olsaq, “lakonik və böyük” deyə bilərik. Eyni qaydalar kəmərlərə də aiddir. Yeri gəlmişkən, laklı kəmər seçmək lazım deyil, burada toqqa daha çox diqqət mərkəzində olmalıdır. Ayaqqabı və çanta seçimi bir az daha mürəkkəbdir. Bu vəziyyətdə biserlərin və strazların bir moda tabusu hesab olunduğunu unutmayın. Eyni zamanda bəzək məsələsində həddi aşmamağa çalışın.

Qızıl aksesuarların əsas üstünlüyü ondan ibarətdir ki, onlar demək olar ki, istənilən Yeni il görünüşünə uyğun olacaq. Korporativ tədbir üçün lakonik çanta və parlaq toqqası olan bir kəmər seçin. Uzun parıldayan sırğalar rahat ev şənliklərində paltarınızı zənginləşdirməyə kömək edəcək. Ziyafətə isə qızılı ayaqqabı və ya çəkmələrlə gedə bilərsiniz. Bu kimi bəzəklər nə qədər çox olsa, bir o qədər yaxşıdır! Yalnız biser, straz və qızıl aksessuarları bir obrazda qarışdırmayın, əks halda gülməli və zövqsüz görünəcəksiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir