qaraciyer

Bu amillər qaraciyər çatışmazlığına səbəb olur?

Baxış sayı: 1. 175

Qaraciyər çatışmazlığının bir çox səbəbi var. Qaraciyərdə xəstəlik irəlilədikcə halsızlıq, anoreksiya, sarılıq, gücsüzlük, həddən artıq çəki itkisi, ayaqlarda və qarında ödəm yarana bilər.

“Gencaile.az” oxucuları qaraciyər problemlərinə yol açan əsas amillərlə tanış edir.

 

Viruslar

Gün ərzində qaraciyər çatışmazlığına səbəb olan bir çox məhsula məruz qalırıq. Qaraciyər sağlamlığına ən çox zərər verənlər herpes və hepatit A, B virusudur.

 

Dərman istifadəsi

Lazımsız ağrıkəsici və antibiotik istifadəsi qaraciyərə zərər verən ən mühüm amillər arasında yer alır.

 

Hərəkətsiz həyat

Hərəkətsiz həyat tərzi qaraciyər yağlanması ən mühüm səbəblərindəndir. Açıq havada tez-tez yürüşə çıxmaq bir çox problemlərə müalicəvi təsir göstərir, o cümlədən qaraciyər yağlanmasının qaşırısını alır.

 

Siqaret istifadəsi

Siqaret istifadəsi qaraciyərə zərər verən ən əsas amildir. Siqaret bədəndəki bütün orqanları tədricən disfunksional hala gətirir.

 

Göbələk

Göbələyi sevə-sevə yeyirik, ancaq bəzi göbələklərdə az miqdarda da olsa toksin qalır. Odur ki, hansı ərzaqların sizə pis təsir etdiyinə diqqət edin.

Əgər göbələk çox yeməyə başlasanız, ya da daha öncədən də bəhs edilən viruslardan birinin daşıyıcısı olsanız, qaraciyər çatışmazlığı ehtimalı artır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir