Koronavirus

Bu, bəşəriyyət üçün təhlükə yaradır – Məşhur alimdən XƏBƏRDARLIQ

Baxış sayı: 823

1970-ci illərin ortalarında Mərkəzi Afrikada üzə çıxan Ebola epidemiyasının aşkarlanmasına kömək edən mikrobioloq, professor Jan-Jak Muyembe-Tamfum bəşəriyyətin bilinməyən bir sıra yeni viruslarla qarşı-qarşıya olduğunu və bütün dünyanın buna hazırlıqlı olmasının vacibliyini bildirib.

Mikrobioloq Afrikanın tropik yağış meşələrindən çıxan yeni və potensial ölümcül virusların olduğunu açıqlayıb.

“İndi yeni patogenlərin ortaya çıxacağı bir dünyadayıq və bu, bəşəriyyət üçün təhlükə yaradır. Gələcək pandemiyalar COVID-19-dan daha pis olacaq”, – Tamfum belə deyib.

Yeni patogenlərin koronavirus qədər sürətlə yayıla biləcəyini qeyd edən professor, Ebolanın ölüm nisbətinin 50-90 faiz arasında olacağını bildirib. Digər tərəfdən, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, Konqo Demokratik Respublikasının İnqende şəhərində aşkarlanan X xəstəliyinin hipotetik olduğu bildirilib. Lakin elm adamları bu xəstəliyin yayılacağı halda dünyada ciddi problemlərə səbəb ola biləcəyindən narahatdırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir