Pəhriz zamanı qəbul edilən qidalar orqanizmin tələbatını ödəmədikdə daha çox yemək və ya şirniyyat istehlak etmək istəyiniz artır. Bunun qarşısını ala bilmədikdə isə yenidən başlamalı olursunuz.
Beləliklə, pəhriz zamanı həm arıqlamağınıza yardımçı olacaq, həm şirniyyata olan istəyinizi azaldacaq çay reseptini təqdim edirik.
Tərkibi:
1 xörək qaşığı və ya 1 paket yaşıl çay
1 alma
2 çubuq darçın
1 ədəd kiçik ölçülü zəncəfil
Hazırlanma qaydası:
Qaynadılmış yarım litr suya yaşıl çayı əlavə edib dəmləyin. Daha sonra 1 ədəd almanı qabığı ilə birlikdə xırda doğrayaraq çaya əlavə edin. Darçın və sürtgəcdən keçirdiyiniz zəncəfili çaya qatdıqdan sonra istehlak edə bilərsiniz.
Çayı axşam yeməyindən bir neçə saat sonra tox qarına için.