Qış adətən, toylar üçün uyğun olmayan mövsüm hesab edilir. Amma bu stereotiplərlərlə razılaşmayan gənclər də yox deyil. Qış aylarında toy etməyin lehinə olanlar belə demək mümkünsə, qəşəng şəkillər və ideal atmosferə görə “donmağa” hazırdırlar. Beləliklə, təqdim etdiyimiz fotolara nəzər saldıqda sizə də aydın olacaq ki, qış heç də toyu təxirə salmaq üçün səbəb deyil.