derman

Bu dərmanlar koronavirus simptomlarını ağırlaşdırır?

Baxış sayı: 1. 130

Koronavirusun daha çox kimlərdə, hansı hallarda ağır fəsadlara səbəb olması ən çox maraq doğuran məqamdır. Bu yöndə araşdırmalar davam edir və demək olar ki, hər gün yeni-yeni məlumatlar açıqlanır.

“The Lancet Respiratory Medicine” də nəşr olunan tədqiqatın nəticələrinə görə, bir sıra dərmanlar koronavirusun ağırlaşmasına imkan verir. Və həmnin dərmanları qəbul edənlər risk qrupuna aiddirlər.

Bunlar yüksək qan təzyiqi və diabeti olan insanlardır. Məlumata görə, şəkərli diabet, yüksək qan təzyiqi ilə bağlı qəbul olunan preparatlar koronavirusun simptomlarını kəskinləşdirir.Bu tip dərmanlar – ACE inhibitorları (qan təzyiqinin azalması üçün qəbul edilən dərman qrupu) və angiotenzin reseptorlarının blokatorları hüceyrələrin formasını dəyişdirə bilir. Bu hallarda isə koronavirus formasını dəyişən hüceyrələrə daha asanlıqla yoluxur və xəstəlik ağır fəsad verir, hətta ölümə səbəb olur. Buna baxmayaraq, mütəxəssislər xəbərdarlıq edirlər ki, belə dərmanları qəbul edən xəstələr müalicəni həkim məsləhəti olmadan dayandırmamalıdırlar.

İstənilən halda bildirilir ki, “The Lancet Respiratory Medicine”-də nəşr olunan bu tədqiqat dərmanlarla koronavirusun ağırlaşması arasında yüz faizlik əlaqənin olduğunu sübut etmir və məsələ daha ətraflı araşdırılmalıdır.

Qeyd edək kii, başqa bir araşdırmaya görə, diabet və yüksək qan təzyiqindən əziyyət çəkənlərdə koronavirusdan ölüm halı daha çox ortaya çıxıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir