Nermine Abbasova

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

Baxış sayı: 484

“Alimlərin apardığı araşdırmalara əsasən, bədəndəki artıq piy, xərçəngin inkişafı və ya xərçəng riskini iki dəfə artırır. Artıq çəkili xəstələrlə aparılan 200 müxtəlif araşdırmada, piylənmə ilə mədə, yoğun və düz bağırsaq, mədəaltı vəzi, böyrək, yumurtalıq, rəhm, tənəffüs yolları və sümük iliyi növləri də daxil olmaqla xərçəng xəstəliyi arasındakı əlaqə ortaya çıxıb. Siyahıda əsas yerləri isə öd yolları – qaraciyər, öd kisəsi və öd kanalları – xərçəngi tutur”.

Bunu piylənmə və onun yaratdığı xəstəliklərdən danışan Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova deyir.

Həkim-terapevtin sözlərinə görə, məlumatların təhlili göstərib ki, bədən kütləsi indeksinin artması ilə xərçəngin müəyyən növlərinə tutulma riski də artır:

“Bədən kütləsi indeksinin sağlamdan (25) artıq çəkiyə (30) və ya artıq çəkidən (30) piylənməyə (35) 5 dəfə artması, diaqnozu dəyişə bilər. Kişilər üçün məsələn, indeksin hər 5 dəfə artması düz bağırsaqda bədxassəli şişin yaranması riskini 9% artırır. Eyni zamanda, hormon əvəzləyici müalicə keçən qadınlarda postmenopauza döş xərçəngi riski 11% artır. Çanağın və omba ətrafının 0.1 qədər dəyişməsi ilə rəhm xərçənginin yaranması riski 21% artır. Öd yollarının xəstəliyə tutulma faktoru isə 56% artır. Piylənmə ilə mübarizə təkcə diabet və ürək-damar xəstəliklərinin yox, xərçəngin də müəyyən növlərinin yaranması riskini azaldır”.

Piylənmənin hormonal dəyişiklik və maddələr mübadiləsində problemlər yaratdığını deyən Nərminə xanım onu da qeyd etdi ki, piylənmə estroqen və insulinin səviyyəsinin artmasına, eləcə də, iltihablaşdırıcı proseslərin inkişafına səbəb olur:

“Bu da öz növbəsində hüceyrələrin bölünməsi prosesinə təsir edir. Artıq çəki problemi xərçəng yaradan səbəblər arasında siqaretdən sonra ikinci yerdə gəlir. Bəzən tez-tez pilləkənləri çıxıb-düşmək və şəkərsiz içkilər qəbul etmək kifayət edir. Bütün bu kiçik vərdişlər normal çəkini saxlamağa kömək etdiyi kimi, xərçəng riskini də azaltmış olur. Dünyada ölüm sayının artmasına səbəb onkoloji xəstəliklərdir. Son 40 il ərzində piylənmə problemi isə iki dəfə artıb”.

Həkim deyir ki, artıq çəki onkoloji xəstəliklərlə yanaşı, diabet, bağırsaq, ürək-damar sistemi problemləri və eləcə də, psixi pozğunluqlara aparan bir yoldur və piylənməyə doğru gedən hər kəs yüksək risk zonasına düşür.

Bir çoxları piylənmədən xilas yolunu əməliyyatda görür. Nərminə xanım deyir ki, əməliyyat piylənmədən əziyyət çəkən xəstələr üçün son seçimdir:

“Piylənmə həyatın təxminən 12 ilini oğurlayan, həyat səviyyəsini azaldan bir problemdir. Qeyd edim ki, piylənməyə qarşı bariatrik əmliyyatın birbaşa xərçənglə əlaqəsi yoxdur.

Artıq çəki xəstəliyinin aradan qaldırılması ilə endometrium, döş kolon xərçəngi riski azaldılmış olur. Xəstələr piylənməyə qarşı bariatrik əməliyyatdan sonra ilk öncə yemək vərdişlərini tamamilə dəyişməlidirlər. Qısa fasilələrlə kiçik miqdarda yemək yeməkləri məsləhətdir. Yenidən çəki almamaq üçün qaydalara əməl etmək və təqibdə qalmaq çox önəmlidir”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir