Ləzzətli və fərqli alternativlər axtaranlar üçün bugünkü menyu əla seçim olacaq. Əgər “Axşam nə bişirim, bu gün nə yeyək”? deyirsinizsə, bu menyu tam sizə görədir. Beləliklə, bu gün sizə toyuq (və ya qoyun əti) ilə toy mərcimək şorbasının hazırlanma qaydası haqda danışacağıq.
Mərcimək şorbası RESEPTİ
Lazım olan ərzaqlar:
2 litr ət suyu
250 qram qoyun əti
1 stəkan un (125 qram, silmə dolu)
1 yemək qaşığı kərə yağı
Yarım yemək qaşığı duz
2 çay qaşığı qırmızı istiot
2 yumurtanın sarısı
1 ədəd limonun suyu
Hazırlanması:
Əti kub formasında doğrayıb suda bişirin. Unu bir stəkan soyuq ət suyuyla qarışdıraraq bulamac halına gətirin. Qalan ət suyunu qaynadın və bişmiş əti onunla birləşdirin. Hazırladığınız bulamacı yavaş-yavaş qarışdıraraq əlavə edin. Duzunu əlavə edib 10 dəqiqə daha bişirin. Sonra terbiyesini əlavə edin. Üzərinə qızdırılmış kərə yağı və qırmızı istiot tökərək servis edin.