Doğuş həbləri qadın bədənində təbii olaraq mövcud olan iki hormon – estrogen və progesteron tərkibli dərmandır. Doğuş həblərinin 21 və 28 günlük istifadə edilən iki növü var. 28 həbdən ibarət dərmanın 21 dənəsi hormon, qalan 7-si isə dəmir tərkibli qan həbləridir. “Gencaile.az” Aile.lent.az-a istinadən doğuş həbləri ilə bağlı maraqlı faktları xanımlara təqdim edir.
Doğuş həbləri nə üçün lazımdır?
Doğuş həbləri yumurtlamağı gecikdirir və uşaqlıq borusunu qalınlaşdıraraq spermaların qadının artma orqanlarına keçməsinə maneə törədir. Günündə və zamanında istifadə edilərsə, etibarlılığı min qadında 1 hamilə qalma ehtimalı qədərdir. Yanlış istifadədə isə hamilə qalma nisbəti 6-8 faizdir.
Doğuş həblərinin faydaları nədir?
- Doğuş həbi istifadə etməyin müsbət tərəfi istifadəsinin asan olması və cinsi əlaqəni kəsməməsidir.
- Menstruasiya nizamlı, qanama miqdarı və gününün az olmasıdır.
Hər bir qadın doğuş həbi istifadə edə bilərmi?
Hamilə olmaq istəmədiyi müddətdə bu həblər ara vermədən istifadə edilə bilər. Yetkinlikdən menopauza qədər istənilən yaş dövründə istifadə edilməsində heç bir məhdudiyyət və qorxu yoxdur.
Hamiləlikdən qorunmaqdan başqa faydaları nələrdir?
Yumurtalıqlarda kista meydana gəlməsinin və hamiləlikdən kənar hamiləliyin qarşısını alar. Uşaqlıq borusu pərdəsi və yumurtalıq xərçəngi riskini azaldır. Menopauza zamanı sümük əriməsi riskini də azaltdığı deyilir.
Yaxşı, bəs mənfi təsirləri?
Müsbət təsirləri ilə bərabər bəzi mənfi təsirləri də var.
- Ürək bulanması
- Qusma
- Fasilələrlə qanaxmalar formasında ləkələnmə
- Kökəlmək
- Döşlərdə həssaslıq və dartılma ola bilər
- Siqaret çəkən xanımlarda damar tıxanması müşahidə oluna bilər
- Şiddətli qarın ağrısı, sinə ağrısı, nəfəs daralması, baş ağrısı, bud-qıç ağrısı kimi əlamətlər olduqda həkimə müraciət edilməlidir
Doğuş həblərindən necə istifadə etmək lazımdır?
İstifadənin ilk günü menstruasiyanın ilk günü olmalıdır. Əgər menstruasiyanın ilk günü istifadə etməsəniz, 7 gün içərisində istifadə edə bilərsiniz. Doğuşdan sonra istifadə etmək istəsəniz, uşaq süd əmirsə, 6 ay tamam olduqdan sonra, süd əmmirsə, 3-4 həftədə menstruasiya olmağı gözləmədən həbin qəbuluna başlaya bilərsiniz. Hamiləliyi pozulan xanımlar heç bir maneə yoxdursa, həmin gündən, ya da 7 gün içərisində istifadəyə başlaya bilər.
Doğuş həbi istifadə edən bir qadın illik müayinələrinə xüsusi nəzarət etməlidir. Həb qəbul etməyi unutduğunuz təqdirdə ağlınıza gəldiyi zaman digər dərmanı eyni saatda qəbul edin. Əgər bir neçə dəfə unutsanız, digər qorunma üsullarından istifadə etmək lazımdır.
Hamiləlikdən qorunma üsulları xaricində müalicə məqsədi ilə də istifadə edilə bilər:
- Menstruasiya nizamsızlığı
- Yumurta kistası yaranmasından sonra
- Qanama nizamsızlığı
- Həddən artıq qanamalı keçən menstruasiya vaxtlarında doğuş həbləri ilə qanamaya nəzarət edilə bilər
Beləliklə, qanamanın nə zaman olacağı bilinir və həb qəbulu nizamlı olaraq davam edirsə, qanama miqdarı azaldılaraq, bədəndəki dəmirin azalmasının qarşısı alına bilər.