ata

Bu hekayə bütün valideynləri təsirləndirəcək

Baxış sayı: 1. 424

Bir saatınız neçəyədir?

Ata həmişəki vaxtda işdən qayıtmışdı. Yorğun və gərin görünürdü. Qapıdan içəri keçən kimi 5 yaşlı oğlunun onu gözlədiyini gördü.

– Ata, səndən bir şey soruşa bilərəm?

– Əlbəttə, nəsə olub?

– Ata, sən nə qədər maaş alırsan?

– Bu, sənin işin deyil! – ata duruxdu – nəyinə lazımdır?

– Sadəcə bilmək istəyirdim. Xahiş edirəm, denən də, bir saata nə qədər qazanırsan?

– Belə, 500. Nədi ki?

– Ata, – oğlan aşağıdan yuxarı ciddi baxışlarla baxıb dedi – Mənə 300 borc verə bilərsən?

– Sən hansısa gic oyuncaqdan ötrü məndən pul istəyirsən yenə? Buna görə soruşurdun? – ata qışqırdı, – Bu dəqiqə get otağına və uzan yat! Bu qədər eqoist olmaq olmaz! Mən bütün gün işləyib yoruluram, sənsə özünü belə pis aparırsan.

Uşaq sakitcə otağına gedib qapını bağladı.

Ata isə əsəbindən içəri keçmək istəmədi. Bir az keçəndən sonra sakitləşdi və düşündü: “Bəlkə, vacib bir şey almaq istəyirmiş uşaq? Axı o heç vaxt məndən pul istəməmişdi indiyəcən…”

Uşaq otağına girəndə oğlu yerində uzanmışdı.

– Oğlum, yatmamısan? – ata soruşdu.

– Yox, ata, elə-belə uzanmışam – uşaq dedi.

– Deyəsən, sənə çox sərt cavab verdim, – ata yavaşca dedi, – Bu gün çox yorulmuşam, bağışla məni. Bax, gətirdim pulu, sən istəyən qədərdi.

Oğlan qalxıb oturdu və güldü.

– Ata, çox sağ ol! – sevincək qışqırdı.

Çevrilib yastığının altından bir az da pul çıxartdı. Atası oğlunun pulunun olduğun görüb yenə əsəbləşdi.

– Pulun vardısa, məndən niyə istəyirdin? – dedi ata.

– Çünki çatmırdı. İndi isə düzəldi – uşaq dedi, – Atacan, burda düz 500-dür! Olar mən sənin bir saatını alım? Xahiş edirəm, sabah işdən tez gəl, mən səninlə nahar etmək istəyirəm.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir