qazli ickiler

Bu içkilər idmanın faydasını sıfıra endirir

Baxış sayı: 470

Kanadalı elm adamları 30 il ərzində 100 min yetkin insanın qidalanma və məşq vərdişlərini təqib edərək, sağlamlıq vəziyyətlərini müqayisə ediblər.

Kvebekdəki Lava Universitetinin alimlərinin bu barədə apardığı hərtərəfli araşdırma “American Journal of Clinical Nutrition” tibb jurnalında dərc olunub. Araşdırma aparan alimlər müxtəlif markaların istehsal etdiyi fərqli dadlı qazlı içkilərin insan sağlamlığına mənfi təsirləri olduğunu açıqlayıb. Alimlər müəyyən ediblər ki, qazlı içkilər müntəzəm idmanın belə müsbət təsirini aradan qaldırır.

Tədqiqata görə, həftədə cəmi 350 ml qazlı içki belə zərərlidir. Çünki bu, həftədə təxminən 150 dəqiqəlik məşqin ürəyə müsbət təsirlərini və bu zamanı əldə edilən digər faydalarını sıfıra endirir.

Alimlər həmçinin şəkər qamışı və şərbətli qazlı içkilərdən istifadə etməmək barədə xəbərdarlıq ediblər.

Professor Jan Filipp Droen-Şarte açıqlamasında bildirib ki, fiziki fəaliyyət şəkər əlavə olunmuş içkilərlə əlaqəli ürək-damar xəstəlikləri riskini yarıya endirir, lakin tamamilə aradan qaldırmır.

“İnsanlar inanır ki, fiziki olaraq aktiv olsan, şəkərli içkilər sağlamlığına mənfi təsir etməyəcək. Lakin belə deyil”, – Şarter vurğulayıb.

Kanadalı elm qrupu iki butulka şəkərli və qazlı içkinin də ciddi sağlamlıq problemlərinə gətirdiyini qeyd edib.

Alimlər insanları bu cür içkilərdən uzaq durmağa səsləyib və “Ən yaxşısı sudur” deyə bildiriblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir