99-pic4_zoom-1500x1500-36473

Bu iki tərəvəz demensiyanın qarşısını alır

Baxış sayı: 413

Demensiyanın qarşısını tərəvəz yeyərək almaq mümkündür. Bunu Çinin Hebey Tibb Universitetinin professoru Veyay Çzya deyib.

Onun sözlərinə görə, kartof və balqabağın bir növü olan patissonun (boşqababənzər qabaq da deyilir – red. ) tərkibində koqnitiv sağlamlığı qorumaq və demans riskini azaltmaq üçün lazım olan mis var.

Alimin sözlərinə görə, mis bütün bədənə, o cümlədən beyinə oksigeni daşıyan dəmirin sərbəst buraxılmasına səbəb olur. Onun normal miqdarda istehlakı mərkəzi sinir sisteminin normal fəaliyyətinə də kömək edir. Bundan əlavə, mis yaddaş və öyrənmə ilə əlaqəli neyrotransmitterlərin tənzimlənməsində iştirak edir.

Bununla belə, professor xəbərdarlıq edib ki, həddən artıq mis zərərli ola bilər. Mis zəhərlənməsinin kəskin simptomlarına qusma, qan qusma və hipotenziya (aşağı qan təzyiqi) daxildir.

Alim qeyd edib ki, misin gündəlik norması 1,22 mq-dir və iki kartof ilə bir orta ölçülü patisson yeməklə bunu təmin etmək mümkündür.

Tədqiqatçıların fikrincə, misin qoruyucu təsiri onun enerji mübadiləsinə və sinir sisteminin normal fəaliyyəti üçün vacib olan proseslərə müsbət təsiri ilə bağlıdır.

 

Ləman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir