Bu il dəbdən düşən geyimlər açıqlanıb.
“Gencaile.az” saytı xəbər verir ki, bu barədə “Daily Mail” nəşrində məlumat dərc olunub.
Tanınmış modelyer Meqan Vatkins beli uzun dar cins şalvarların, bayker stilli çəkmələrin və bombardmançı gödəkcələrin dəbdən düşəcəyini deyib. Onları ətəyi geniş və bol şalvarlar, dəridən hazırlanmış çəkmələr, süni xəz ilə bəzədilmiş həcmli biker gödəkcələrlə əvəzləməyi məsləhət görüb.
Trenddən düşən geyimlərdən biri də kəmərli və hündür daban ayaqqabılardır. Bu il əsasən dabanları müxtəlif formalı ayaqqabılar dəbdə olacaq.
Bundan əlavə, süni xəz paltolar, dəri kəmərlər və V yaxalı sviterlər dəbdən düşənlər arasındadır.
Modelyerin sözlərinə görə, iki ildir ki, həcmli aksessuarlar və dekorativ şapkalar dəbli hesab olunur. Hazırda bu məhsullar öz aktuallığını itirib. Bu sezon daha çox rəngli olmayan, əqrəb formalı saç sancaqlarına, beretlərə üstünlük veriləcək.