evlilik

Bu il evlənənlərin sayı azalıb

Baxış sayı: 1. 450

Azərbaycanda bu ilin ilk 5 ayı ərzində evlənənlərin sayı ötən ilin müvafiq dövründə evlənənlərin sayı ilə müqayisədə azalıb.

Trend-in məlumatına görə, 2018-ci ilin beş ayı ərzində qeydiyyat şöbələri tərəfindən 22489 nikah qeydə alınıb. Ötən ilin müvafiq dövründə isə nikahların sayı 23044 olub ki, bu da bu illə müqayisədə 555 nikah çoxdur. Ümumilikdə bu il əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 5,5 olub.

Boşanmaların sayına gəldikdə, bu ilin ilk 5 ayı ərzində 6177 boşanma halları qeydə alınıb. Bu il qeydə alınan boşanmaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə nisbətən azalıb. Ötən ilin ilk 5 ayı ərzində ölkədə 6207 boşanma qeydə alınmışdı. Bu il əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 1,5 olub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir