Ötən illərdə dəb aləmində “heç vaxt geyinmərəm”, “bu nə makiyajdır!”, “bu saç formasını heç vaxt kəsdirmərəm” dediyimiz bütün trendlərlə ayaqlaşmalı olduq. Amma geridə qoyduğumuz illərdə, xüsusilə də, 2016-da dəbdə olan bəzi trendləri 2017-yə daşımamağımızda fayda var. Çünki müasir dövrdə bəzi trendlərin ömrü bir ildə məhdudlaşır. Buna görə də 2017-ci ildə bəzi trendlərə “bye-bye” deyib, yeni parçalara “salam” deməliyik. Gəlin baxaq görək, 2017-ci ildə hansı trendləri 2016-da qoyduq.
Choker-lər
2016-cı ildə dəb aləmində bir “boom” kimi yayılan bu fərqli və bir o qədər də, iddialı bəzək aksesuarı olan choker-lər 2017-də “out” olanlar sırasında ilk pillədədir.
Çiyinləri düşük üstlər
Keçən yay çox rast gəldiyimiz bu cür geyimlərə 2017-də az, bəlkə də, heç rast gəlməyəcəyik.
Çiyindən düşən kürklər
2016-nın qışında çiyinlərdən sallanan kürkləri yeni mövsümdə tam şəkildə geyinməyimiz bizi daha dəbli edəcək.
90-ların logolu geyimləri
2016-da 90-lardan bir çox parçalar dəbdə oldu. Xüsusilə də, logolu geyimlər. Amma 2017-də 90-lara aid olan bu parçalar yox olacaq.
Mayonu xatırladan üst geyimlər
Geridə qoyduğumuz mövsüm mayonu xatırladan bu cür üst geyimləri geniş yayılmışdısa, ona da əlvida deməyin vaxtı gəlib çatdı. (Foxy.az)