qadin

Bu il payız və qış makiyajını necə etməli?

Baxış sayı: 1. 644

Əvvəlcə qeyd edək ki, bu mövsüm twiggy kipriklər, smokey eyes və təbii görünüşlü makiyajlar dəbdə olacaq. Bəs bu tip makiyajları necə edəcəksən mövsusunda  ipucları veririk.

Minimalist 90-lar

Makiyajda 90-ların minimalist tərzini yaratmaq üçün ilk növbədə hamar dəriyə sahib olmalısan. Bu işdə sənə maye tonal krem kömək edəcək. Tonal kremi üzünə uyğularkən çalış ki, hər tərəfinə eyni dərəcədə yayılsın. Göz qapaqlarına tam şəkildə krem rəngi göz kölgəsi uyğula və daha sonra isə göz qapaqların büküldüyü hissəyə çəhrayı göz kölgəsini çək. Kiprik diblərini isə qaradan yumşaq tünd rəngli boz qələmlə vurğula. Kiprikləri önə çıxarmaq üçün isə xəfif mascara çəkə bilərsən. Almacıq sümüklərinə isə nazik toxunuşla ənlik, dodaqlarına isə baby çəhrayı dodaq boyası uyğulamaqla makiyajını tamamla.

Smokey eyes

Smokey eyes illərlədir dəbdən düşmür. Bu tip göz makiyajı etmək üçün kiprik diblərinə tünd qara rəngli göz qələmi ilə xətt çək və onu barmaq uclarınla yay. Əgər baxışlarını daha da vurğulamaq istəyirsənsə yaydığın qələmin üzərinə tünd boz və ya qara göz kölgəsi də çəkə bilərsən. Kipriklərinə isə bol mascara uyğula. Daha cəlbedici görüntü üçün isə payızın trend dodaq boyalarından giləmeyvə rəngləri, diqqəti gözlərinə çəkmək istəsən nude çalarlarında dodaq boyası istifadə etsən yaxşı olar.

Yaş görünüş

Bu qış yaş görünüş makiyaj tərzi solğun makiyaj anlayışını tamamilə dəyişəcək. Belə ki, bu makiyaj tipi canlılıq, parlaqlıq və təbii görünüş vəd edir. Bunun üçün də yaş görünüş makiyajını etmək üçün parlaq vasitələrdən istifadə eməyə çalış. Tonal krem seçərkən isə təbii görüntü verən kremə üstünlük ver. Onu üzünə bərabər şəkildə uyğulamamışdan əvvəl isə daha yaş effekt üçün primer istifadə edə bilərsən. Yaş makiyajı daha gözəl vurğulamaq üçün burun və alın sümüklərinə, qaş və almacıq sümüklərinin üstünə, alnının ortasına, dodaqlarının üstünə və çənənə daha parlaq vasitələr uyğulamaq olar.

Qalın qaşlar

Qalın qaşlar yenə də trend olmağını davam etdirir. Nizamlı qalın qaşlara sahib olmaq üçün qaşlarının ümumi görüntüsünü pozan artıq tükləri maqqaşla götür. Daha sonra ona şəkil verib, qalın göstərmək üçün qaş üçün olan kölgə ilə boşluqları doldur və sonda qaş geli ilə formaya sal. Olduğundan daha qalın qaşlar üçün isə hind qozu yağı ilə maska edə bilərsən.

Eqzotik gözlər

Eqzotik makiyaj mavi, yaşıl və bürünc rənglərdən edilən göz makiyajıdır. Və bu payız-qış çox məşhurdur. Bunun üçün ilk növbədə göz üçün olan primer istifadə et. Bu, göz makiyajının daha uzun müddət qalmasını təmin edəcək. Gözlərinin dib hissəsindən başlayaraq orta hissəyə qədər parlaq mavi göz kölgəsi, ortadan uclara qədər isə bürünc- qəhvə çalarında göz kölgəsi çəkə bilərsən. Sonra isə kipriklərinə mascara ilə həcm ver. Diqqəti gözlərinə çəkmək üçün isə nude rəngli dodaq boyası ilə makiyajını tamamla.

Twiggy kipriklər

Daha göstərişli  twiggy kipriklərə sahib olmaq üçün taxma kipriklərdən istifadə edə bilərsən. Taxma kiprikləri düzgün taxdıqdan sonra alt və üst kiprik diblərinə eyeliner ilə incə xətt çəkirsən. Taxma kipriklərdən istifadə edəndə diqqət elə ki, tək-tək yapışdırılan kipriklər olsun. Sonda isə bolluca mascara çək.

Yox kimi makiyaj

Makiyajsız gözəl görünmək olar amma az makiyajla daha da gözəl görünmək mümkündür. Heç makiyaj etməmisən təsiri yaratmaq üçün ilk növbədə hamar dərin olmalıdır. Daha sonra xəfif maye tonal kremi nəm makiyaj süngəri ilə bütün üzünə uyğulayırsan. Bu proses üzünə təbii görünüş verəcək. Gözlərinin hamar görünməsi üçün isə dəri rəngli göz kölgəsini göz qapaqlarına uyğulayıb, kiprikləri də mascara ilə xəfif şəkildə vurğulayırsan. Yanaqlara isə sanki utanmısan kimi görüntü qatmaq üçün toz çəhrayı çalarında ənliyi xəfifcə toxundur. Makiyajını dodaqlarına çəhrayı nude çalarındakı dodaq boyası çəkərək bitir. (Foxy.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir