vasif ismayil

Bu infeksiya düşüncəmizi və davranışımızı dəyişir – DİQQƏT!

Baxış sayı: 1. 133

“Gencaile.az” tanınmış uroloq-cərrah, tibb üzrə fəlsəfə doktoru Vasif İsmayılın toksoplazma infeksiyası haqda məqaləsini təqdim edir.

İnsanlar çox fərqlidirlər. Hərənin öz genetik kodu, qidalanma alışqanlığı, keçmişi və … öz parazitləri vardır. Bunların hamısına eyni diqqəti göstərmirik. Məsələn, genetikanın insana təsiri haqqında internetdə youtube-u tapmağa qadir olan hər kəs nə isə bilir. Amma parazitlərin və mikrobların insana nə təsiri olduğunu çox adam bilmir.

 

Mən də bilmirdim.

Amma özü-özünə suallar verən, anlamaqda, dərk etməkdə dürüst və ədalətli davranan hər kəs əvvəl-axır cavabı da alır.

Çoxunuz Misir ehramlarını görmüsünüz. Bundan 2 500 il əvvəl Misirdə Nil çayının sahilində böyük bir mədəniyyət olub. Məqbərələr və geri qalan mədəni miras o qədər möhtəşəmdir ki, bir çox insan Misirlə bağlı əşyaları evində gözünün qabağında saxlayır. O cümlədən pişik heykəllərini. Qədim misirlilər pişikləri çox seviblər. Bir növ sitayiş ediblər yəni. Bu fakt alimlərin diqqətindən yayınmayıb.

 

Pişiklər haqqında bəzi maraqlı faktlar:

– Təbiətdə yayğın bir parazit vardır. Adı da toksoplazm.

– Toksoplazm həyatı boyunca 3 mərhələdən keçir. Məsələn, ipək qurdu kimi. Bu canlı həyatının bir hissəsini qurd, qalan hissəsini isə kəpənək kimi yaşayır. Toksoplazm da həyatı boyunca 3 mərhələ keçir.

– Toksoplazm istiqanlı heyvanların hamısına (insan daxil) yoluxur.

– Toksoplazm bütün həyat dövrünü tamamlamaq üçün ən az 2 qonaq dəyişməlidir.

– Toksoplazm yoluxmuş heyvanlarda qorxu hissi azalır, təhlükəyə və özünü öldürəcək hərəkətlərə meyl artır. Məsələn, toksoplazm yoluxmuş siçan pişik sidiyinin qoxusuna tərəf gedir. Çünki pişik o siçanı yeyərsə, siçanın bədənindəki Toksoplazm sistləri pişik bağırsağında açılacaq və öz həyat dövrünü davam etdirə biləcək.

 

Alimlər pişiyə qarşı xüsusi məhəbbətin altında toksoplazm yoluxmasının yata biləcəyini araşdırmağa başladılar.

Faktlar:

– Toksoplazm beyində özünə yuva salır.

– Toksoplazm çoxalmaq üçün Dofamin və L-Dopa ifraz edir. Bunlar bütün istiqanlı heyvanlarda davranışı müəyyənləşdirən maddələrdir. Yəni toksoplazm heyvanın davranışına təsir etmə imkanına sahibdir.

– Toksoplazm yoluxmuş insanlarda daha çox şizofreniya, depressiya (xüsusilə bipolyar xəstəlik) görülür.

– Toksoplazm yoluxmuş insanlar daha çox yol qəzalarına (xüsusilə ölümcül) düşürlər.

– Toksoplazm yoluxmuş insanlar daha çox intihar edirlər.

– Toksoplazm yoluxmuş kişilər daha qısqancdırlar.

– Toksoplazm yoluxmuş qadınlar daha mehriban və qayğıkeşdirlər.

 

Çox qəribədir, toksoplazm yoluxmuş bütün fərdlər mikrobun yayılmasına xidmət edən davranışlar sərgiləyirlər:

– Siçanlar pişiyə tərəf gedir,

– İnsanlar özünü öldürür,

– Kişilər qısqanclıq böhranına girib həlak olma ehtimalı olan davalara girişirlər (cansız bədənini vəhşi heyvanlar yesinlər deyə),

– Qadınlar isə qayğıkeşliklə daha çox kişi cəzb edib, hamilə qalıb övladına infeksiyanı keçirməsi kimi.

 

Bu dediyim faktların hamısı elmi olaraq sübut edilibdir.

Elm bir suala cavab axtararkən meydana daha çox sual çıxarır. İndi sual başqa şəkildə qoyulub: Toksoplazm ilə ayinlər, rituallar, inanclar və əfsanələr arasında əlaqə varmı?

Məsələn,

  1. Hindlilər hər cür mikrobla kirlənmiş Qanq çayını müqəddəs sayır və orada yuyunurlar, hətta içirlər. Toksoplazm belə yayılır.
  2. Xristianlar ikonaları, xaçı öpürlər. Toksoplazm yenə belə yayılır.
  3. Bütün dini inanclar böyük insan kütlələrini bir yerə yığmaq üçün çalışırlar. Gigiyenik qaydalara kiçik diqqətsizlik hər kəsə toksoplazm yoluxmasına səbəb ola bilər.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir