dodaq

Bu kosmetoloji prosedur xərçəng yarada bilər: Yalançı elanlara aldanmayın…

Baxış sayı: 1. 400

Son vaxtlar kosmetoloqlar çoxaldığı kimi onların qurbanlarının sayı da artıb. Buna misal isə kosmetoloq Elnarə Rzayevadır ki, onun etdiyi bir çox prosedurlar xanımları tanınmaz hala salıb və ya uzunmüddətli, ağrılı proses yaşadıb.

Estetik əməliyyatların qurbanı olan tanınmışlar da az deyil. Onlar arasında Aygün Kazımova, Röya, Amaliya Pənahova, Nisə Qasımova və başqalarını sadalamaq olar.

Bəzən kosmetoloqlar estetik əməliyyatları əvəz edəcək addımlar atırlar. Dodaqdan süni gel çıxartma, burundakı əyriliyi gellə düzəltmə və s.

Bəs, bunlar nə dərəcədə doğrudur? Kosmetoloqların təklif etdiyi hansı prosedurları estetik cərrah etməlidir?

Estetik-cərrah Vüqar Ələkbərov deyir ki, kosmetoloqların həyata keçirəcəyi prosedurlar  azlıq təşkil edir: “Qanuni olaraq, dermatoloq həkimlər və plastik cərrahlar kosmetoloq ola bilər. Kosmetoloqlar gel istifadə olunması və lazer prosedurları edə bilərlər.  Amma o şəxs dermatoloq və plastik cərrah deyilsə, hər hansı bir kosmetoloji prosedur etməsi qanunsuzdur. Kosmetologiya plastik cərrahiyyənin və dermatologiyanın ortaq istifadə etdiyi bir sahədir. Bunu etmək üçün də yenə Səhiyyə Nazirliyindən verilən qanuni lisenziya və şəhadətnamə olmalıdır”.

Kosmetoloq Fidan Məhərrəmova isə qeyd edir ki, son zamanlar dodaqlara və buruna gel vurulması dəb halını alıb. İnsanlar yalançı elanlara inanmasın: “Kosmetoloji prosüdurlar çoxdur. Onlar arasında bizlərin də, cərrahların da həyata keçirdiyi var. Peşəkar kosmetoloqlar tibb üzrə təhsil alanlar, müxtəlif seminarlara qatılan, öz biliklərini yeniləyənlərdir. Bir neçə nəfərə görə kosmetoloqların haqqını yemək olmaz. Son zamanlar dodaqlara  və buruna gel vurulması dəb halını alıb. Əyri burunun düzəldilməsi üçün müraciət edənlər çoxdur. Onlar ya əməliyyatdan qorxan, ya da ikinci əməliyyata risk etməyənlərdir. Bizə mqraciət edirlər, burunlarına təbii gel vururuq. Qeyri-peşəkar kosmetoloqlar kimi cərrahlar da var. Biz də onların fəsadlarını aradan qaldırırıq.

Süni gelin çıxarılmasına gəldikdə isə buna cərrahi müdaxilə lazımdır. Yandırmaqla, müxtəlif maddələrin dodağa yeridilməsi ilə süni gel təmizlənmir. Cərrahi müdaxilədə də bəzi hissəsi qalır. Süni gel yerini dəyişir. Ona görə diqqətli olmaqda fayda var. Biz təbii gelləri məsləhət görürük, süni gellə çalışmırıq. Bundan əlavə süni gelləri yandırmırıq. Çünki süni gelin əridilməsi xərçəngə gətirib çıxara bilər. İnsanlara demək istəyirəm ki, yanalçı elanlara aldanmasınlar”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir