qida

Bu məhsullar xərçəngin inkişafının qarşısını alır

Baxış sayı: 552

Qastroenteroloq, hepatoloq Sergey Vyalov və tibb elmləri doktoru Zuhra Pavlova insanların qida rasionunda bol olması lazım olan qidaların adlarını açıqlayıblar.

Bu barədə “RİA Novosti Sport” məlumat yayıb.

Vyalovun sözlərinə görə, zülal xərçəngin əsas “tormozlayıcısıdır”. O, P53 zülalının hüceyrə ölümünün qarşısını almaq üçün nəzərdə tutulduğunu izah edib.

Mütəxəssis bildirib ki, P53 genetik materialı zədələndikdə “hüceyrə bölünməsini işə salır və dayandırır”.

Pavlovanın sözlərinə görə, hər yeməkdə zülalın olması vacibdir. O qeyd efib ki, balanslaşdırılmış pəhriz orqanizmin fəaliyyətini yaxşılaşdırmağa və əlavə funtlardan qurtulmağa kömək edəcək.

Onun fikrincə, səhərlər zülalla zəngin pəhrizin yaxşı nümunəsi iki yumurta, kəsmik, az yağlı pendirlər, naharda ət, quş əti və ya balıq (qızardılmamış), axşam tuna və ya dəniz məhsulları salatıdır.

 

Hüseyn İbadlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir