Əgər yayda biz obrazımızı adətən sadələşdirir və kosmetikadan az istifadə etməyə çalışırıqsa, soyuq aylarda vəziyyət dəyişir. Vizajistlər payız-qış aylarında xanımlara makiyajdan çox istifadə etməyə icazə verir. Mürəkkəb çalarlar seçmək, parlaq göz kölgələri istifadə etmək, dodaqları tutqun dodaq boyası ilə rəngləmək, yanaqları ənliklə qabarıq şəkildə vurğulamaq və ya imici əsaslı şəkildə dəyişmək olar. Yeri gəlmişkən xanımları mövsümün pomada dəbi ilə tanış edərək onları mənəvi cəhətdən payıza hazırlamaq istəyirik.
Pomadalar yeni mövsümdə ən başlıca kosmetik vasitələrdən biri olacaq, dodaqlar isə ilk baxışda hər kəsin diqqətini çəkəcək.
Şərab çaları
Hollivud ulduzlarının tez-tez istifadə etdiyi nəcib şərab çaları makiyajı daha gözəl edəcək. Sonra dəri rəngi bərabərləşdirib üzü konturlayın və zəngin boyanı əlavə edin. Saçları atquyruğu şəklində toplayın.
Narıncı
Vizajistlər alqırmızı pomadaları narıncı rəngə dəyişməyi təklif edirlər. Ancaq ehtiyatlı olun! Belə seksual çalar hər kəsin diqqətini cəlb edəcək.
Tünd bənövşəyi
İpək kimi yumşaq teksturaya malik bənövşəyi rəngdə pomada seçin. Son nəticənin maksimum dərəcədə mükəmməl olması üçün dodaqları əvvəlcədən nəmləndirin.
Qəhvəyi
Bu qeyri-adi intensiv çaları üz ifadəsini dərinləşdirmək üçün istənilən makiyajla uyğunlaşdırmaq olar. Mövsümün melanxolik və dumanlı mənzərəsini makiyajınıza əlavə edin.
Qırmızı kərpic
“Nars”ın bu dodaq boyası payızın ən çox arzulanan rəngidir. Zəngin rəngi gündüz də istifadə etmək olar.
Tünd göy
Gecə qaranlığını xatırladan çaların sizi ürkütməsinə imkan verməyin. Bu mövsümdə tünd göy bənövşəyi və tünd qırmızı çalarların yerini işğal edəcək.
Açıq qəhvəyi
Açıq qəhvəyi payız makiyajının əvəzolunma rəngidir. Onlar payız obrazını çox gözəl vurğulayacaq və cəzbedici edəcək.
Mürəkkəb qara
Qotik qara yeni mövsümün ən mürəkkəb rəngi olmağa namizəddir. Sadə makiyajı bu cəsarətli rənglə tamamlayın.