Tədqiqatlar sübut edir ki, körpəlik dövründə formalaşan “sevdiyimiz əşyanı götürüb qaçmaq” instinkti ömrümüzün sonunadək bizi müşayiət edir. Bir çoxu bundan ayrıla bilmir və “çörəyini” oğurluqda tapır. Yox, bir çoxu heç tapa da bilmir…
Beləliklə, gülməli oğurluqla bağlı yazını təqim edirik:
Günlərin bir günü bankdan küllü miqdarda pul oğurlayıb aradan çıxan soyğunçu arxasınca polislərin qaçdığını görür. Çantasındakı pullardan bir az götürüb, arxasınca səpərək polislərin başını qatmaq istəyir və buna nail olur. Beləcə polislər hərisliklə pulları yerdən yığır, oğru isə cinayət yerindən uzaqlaşır.
Əfsanəvi müğənni Elvis Presli həyəcanlı atraksionlara minməyi o qədər sevirdi ki, gecələr Memfis şəhərinin əyləncə parkını tək özü üçün kirayələyirdi. Lakin Almaniyanın Bişofshaym şəhərində yaşayan oğruların aktraksion sevgisi Elvisi üstələmişdi. Belə ki, oğrular əyləncə parkına daxil olub, ən çox sevdikləri atraksionu oğurlamağa nail olurlar. Onlar 20 ton çəkisi olan nəhəng konstruksiyanı yarmarkadan götürüb, yük maşınında qaçırdırlar. Şəhər polisi bu ələncəli oğurluğa eyni emosiyalarla cavab verərək, hadisədən bir saat sonra kütləvi informasiya vasitələrinə yalan müsahibə verirlər. Polislər xəbərdarlıq edərək atraksionu mütəxəssis olmadan idarə etməyin mümkünsüzlüyünü bildirirlər. Həmçinin buna cəhd edən şəxsləri həyati təhlükə gözlədiyini vurğulayırlar. Yalana inanan oğrular dərhal təslim olub, atraksionu qeri qaytarırlar.
Bir ay öncə Paris şəhərinin bahalı məhəlləsində yerləşən “Louis Vuitton” brendinin mağazasında qəribə oğurluq hadisəsi baş verib. Belə ki, gecə saat 03:00 radələrində mağazanın pəncərəsini qırıb, içəri daxil olan şəxs 3000 Avro dəyərində olan çantanı götürüb, başqa heç nəyə toxunmadan qaçıb.
Almaniyanın balaca şəhəri olan Braunşveyqdə baş verən bu oğurluq da, ən gülməli kriminal hadisələrdən biri kimi tarixə düşüb. 70 yaşlı qoca mağazaya daxil olub, köynək oğurlayır. Köynəyi elə mağazadaca geyinib, qaçır. Oğrunu izləyən polis əməkdaşı qocanı saxlayır. Yəqin düşünürsünüz ki, qəzəbli polis oğrunu təhlükəsizləşdirib, cəzalandırır. Əslində isə hadisələr belə cərəyan edir. Qocanı izləyən polis yaxınlaşıb, oğurladığı malı geri qaytarmasını tələb edəndə qoca polisi dişləməyə başlayır. Bir neçə dəfə dişlədikdən sonra qoca xatırlayır ki, qoyma dişini evdə unudub.
Azarkeşlər futbol üzrə dünya çempionnatlarını canlı izləmək üçün nələr etmirlər ki?! Günlərin bir günü Braziliya-Avstraliya oyununu izləmək üçün bilet alan qadının çantasından bilet oğurlanır. Matçı izləməyə gələn oğru hələ xəbərsizdir ki, biletini oğurladığı xanım oyuna həyat yoldaşı ilə gəlməlidir. Xanımının yerində oğrunu görən kişi dərhal polisə xəbər verir. Vəziyyətin nə yerdə olduğunu anlayan oğru oyunu izləyə bilməyəcəyini anlayıb, polislərdən möhlət istəyir. Nə qədər yalvarsa da, polislər ona məhəl qoymur və qandallayıb, aparırıar.