pehriz

Bu pəhrizlər xərçəng riskini artırır

Baxış sayı: 384

İrlandiyalı alimlər müəyyən ediblər ki, Qərb pəhrizləri iltihablı bağırsaq xəstəliyi və kolorektal xərçəngin inkişaf riskini artırır.

Araşdırmanın nəticələri “Nature Reviews Microbiology” jurnalında dərc olunub.

Qeyd olunub ki, icmal altı ümumi pəhrizi əhatə edir və onların bağırsaq mikrobiomuna təsirlərini təhlil edir. Məlum olub ki, mikrobiomun balansının dəyişdirilməsi ümumi sağlamlığa təsir edir. Bu, xüsusilə yüksək yağ və şəkər tərkibi ilə xarakterizə olunan Qərb pəhrizlərində nəzərə çarpır.

Tədqiqatçılar liflə zəngin Aralıq dənizi pəhrizini, bitki əsaslı pəhrizi, yüksək proteinli pəhrizi, həmçinin ketogenik və Qərb pəhrizlərini araşdırıblar. Hər birinin qısa zəncirli yağ turşuları kimi molekulların istehsalına təsir edərək bağırsaq mikrobiomunun tərkibini və funksionallığını əhəmiyyətli dərəcədə dəyişdirdiyi aşkar edilib.

Beləliklə, müəyyən edilib ki, Qərb pəhrizi mikrobiomaya mənfi təsir göstərir və iltihablı bağırsaq xəstəliyinin inkişaf riskini artırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir