geyim

Bu payızın “şirin” dəbi – FOTOLAR

Baxış sayı: 442

Tünd və isti çalarlar ənənəvi olaraq payız-qış kolleksiyasının dəyişməz rəngləridir, bu texnika bizi soyuqda qızdırır və əlbəttə ki, obrazı daha praktik və soyuq havaya dözümlü edir.

2022-ci ilin payız-qış mövsümündə dizaynerlərin favoritləri tünd şokolad çalarları olacaq.

Funksional klassiklər kateqoriyasında “Bottega Veneta” öndədir. Uzun dəri paltolar ya soyuq havada hündür çəkmələrlə geyinilə bilən boş midi paltarlar qarderobunuzda uzun müddət istifadə olunacaq geyimlərdir. “Ambush”, “Altuzarra”, “Burberry” və “Coach” kimi brendlər isə qəhvəyi dəri geyimlərə böyük yer veriblər.

Tünd şokolad rəngləri demokratik brendlərin markalarına qonaq gəlib. Qəhvəyi ən çətin kombinə edilən rəng sayılsa da, inanılmaz dərəcədə seksualdır. Dizaynerlər bu çaları gündəlik həyatımıza daha da uyğunlaşdırmaq üçün ən uğurlu üsullardan istifadə edib. Bu rəngli geyimləri qalın material və həcmli detallarla birləşdirin, dəri şalvara böyük sviter əlavə edin, yaxud ipək paltara həcmli jaket və tünd qırmızı çəkmələr əlavə etmək olar. Qəhvəyinin ağ, qara və boz kimi romantik rənglərlə birləşməsi idealdır. Lakin ən şıq variantlar şokolada qəhvə, karamel və ya süd çaları əlavə etməklə əldə edilir.

GEYIM 3

GEYIM 4

GEYIM 1

GEYIM 7

GEYIM 6

GEYIM 5

GEYIM 2




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir