seks

Bu peşə sahibləri intim əlaqədən qaçırlar – TİBBİ ARAŞDIRMA

Baxış sayı: 1. 692

Britaniyanın tibb mütəxəssisləri son vaxtlar bir sıra ailələrdə daha çox müşahidə edilən cinsi problemlərin, o cümlədən kişilərdə yaranan impotensiyanın səbəbləri ilə bağlı uzun müddət aparılan araşdırmaların nəticələrini açıqlayıblar.

Mançesterdən olan ekspertlərin qənaətincə biznesmenlər, hərbçilər, polis işçiləri, musiqiçilər, idmançılar və dalğıclar ailə həyatında ən pis kişilərdir. Tibb ekspertlərinin bununla bağlı açıqladıqları siyahıya biznesmenlər başçılıq edir.

Əslində problemin yaranma səbəbləri aydındır: – oturaq iş şəraiti, stress, gərgin qrafik. Bütün bunlardan əlavə, qeyri – normal qidalanma, daimi iş gərginliyi. Gün ərzində bu cür xoşagəlməz hallarla, ağır əmək şəraiti ilə yüklənən iş adamlarının sevgiyə ayırmağa həm vaxtları, həm də maraqları qalmır.

Siyahıda ikinci yerdə mündir daşıyan insanlar, o cümlədən hərbçilərin, mühafizəçilərin, dalğıcların və polislərin adı yer alır.

İngilis mütəxəssislərinin fikrincə, rəssamlar və yazıçılar da ailə həyatında intim münasibətlərə az maraq göstərən kişilərdir. Mütəxəssislərin araşdırmalarının nəticələrinə görə, bu peşədən olan şəxslər öz enerjilərini gərgin iş saatına ayırdıqlarından onlarda seksə həvəs qalmır.

Britaniyalı mütəxəssislər gündəlik gərgin işlə məşğul olan fəhlələri də həmin siyahıya aid ediblər. İngiltərəli həkimlər hesab edirlər ki, fiziki əməklə məşğul olan insanların çoxları pul qazanmağa intim münasibətdən daha çox maraq göstərirlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir