Belə yaşayış formaları əsasən Afrika və Cənubi Amerikada mövcuddur. Bu qəbilələrin də hər birinin özünəxas adətləri var.
Efiopiyadakı Hamar qəbiləsində də çox qəribə bir adət var. Əgər bir şəxs evlənmək istəyirsə, inəklərin üstündən tullanmalıdır.
Evlənmək üçün namizəd olan gənc əvvəlcə ailəsinin gözü qarşısında qamçı ilə döyülür. Sonra isə dörd inəyin üstündən sürətlə qaçaraq tullanır. Əgər uğurlu olsa, qəbilədə qala bilər və evlənə bilər.
Qadınları isə qamçı ilə döyürlər. Bu yolla qadın kişiyə olan sevgisini sübut edir.