ekiz

Bu qədər təsadüfə inanmayacaqsınız: 10 əkiz, 10 hekayə – FOTOLAR

Baxış sayı: 1. 513

“Gencaile.az”  bir-birindən maraqlı 10 əkizin həyat hekayələrini təqdim edir.

gallery / #backen @bauta

Ağ və qara əkizlər

Mulat ana Kayli Hodson 2005-ci ildə biri ağdərili, digəri qaradərili olan əkiz dünyaya gətirib. Həkimlər bu hadisənin milyonda bir dəfə olduğunu deyiblər. Dəri, saç və göz rəngləri bir-birindən tamamilə fərqli olan əkizlər ana və atalarına heç oxşamır. Kayli və Remi Horder cütlüyü mulatdır, onların anası ağdərili, atası isə qaradərilidir.

 

gallery / #backen @bauta

Əkiz qardaşlar – əkiz həyatlar

Amerikanın Ohayo ştatında doğulan əkiz qardaşların hekayəsi də “əkizdir”. Doğulandan sonra fərqli ailələr tərəfindən övladlığa götürülən qardaşlar ayrı düşüblər. Tanışlıqları olmayan iki fərqli ailə övladlarına Cim adı qoyub. Bu, təsadüflərin ilkidir. Hər iki Cim də bir-birindən xəbərsiz universitetə daxil olub, hüquq təhsili alıblar. İkisi də rəsm və dülgərlikdə çox bacarıqlı olub. Və yenə ikisi də Linda adlı qadınlarla evlənib. Gülməli səslənsə də, ikisi də boşanıb Betti adlı qadınlarla evləniblər və ikisinin də Toy adlı itləri olub.  Qardaşlar ancaq 39 yaşlarında bir birini tanıyıblar.

 

İntrovert əkizlər

Cyun və Cennifer İngiltərədə doğulub böyüyən tək yumurta əkizi olub. Hər ikisi də dil qüsurlu, həmçinin, qara dərili olduğuna görə məktəbdə rasizmlə üzləşiblər, yoldaşları ilə araları o qədər də yaxşı olmayıb. Bəlkə də bunun təsirindəndir ki, əkizlər ətrafdakılarla danışmağı tamamilə kəsib, ancaq bir-biri ilə danışıblar. Bir-birlərinin cümlələrini tamamlayır, bəzən sözsüz də anlayırmışlar bir-birlərini. Yeni il bayramlarının birində valideynləri onlara gündəlik bağışlayıb. Yazmağa başlayan əkizlərin hətta bir neçə kitabları da nəşr olunub. Ancaq qızlar kitablarından gələn şöhrətdən o qədər narahat olmağa başlayıblar ki, bəzi cinayətlər törədiblər. Buna görə psixoloji xəstəxanaya yerləşdiriliblər və ömürlərinin 14 ilini burada keçiriblər. Dərmanların təsirindən yazmaq bacarıqlarını itirən əkizlər daha çıxılmaz vəziyyətə düşüb və öz aralarında belə qərara gəliblər ki, onlardan hansısa dünyasını dəyişsə, ancaq o halda digəri normal həyata qayıda bilər. Cennifer “qurban” olmağa razılıq verib və 30 yaşında qəfildən ürəktutmasından vəfat edib. Onun ölümü həkimlər üçün hələ də müəmmalıdır. Yarısını itirəndən sonra Cyun başqaları ilə ünsiyyət qurmağa və yazıçılıq karyerasına davam edib.

 

gallery / #backen @bauta

Dünyanın ən kök əkizləri: 328 – 338 kq

“MakQrari əkizləri” kimi tanınan Billi və Benni qardaşları “Dünyanın ən kök əkizləri” kimi Ginnessin Rekordlar kitabına düşüb. Biri 328 kq, digəri 338 kq olan qardaşlar güləş və motosiklet sürmə bacarıqları ilə məşhurlaşıblar. Billi 1979-cu ildə Niaqara Şəlaləsindəki şou zamanı qəza keçirərək, hələ 32 yaşındaykən dünyasını dəyişib. Benni isə 21 il sonra ürək çatışmazlığından həyatını itirib.

 

gallery / #backen @bauta

Dünyanın ən qoca əkizləri

Uzun ömürlülükləri ilə rekord qıran yapon əkiz bacılar Kin və Gin tək yumurta əkizi olmalarına baxmayaraq, qan qrupları ayrı olub. 1892-ci ildə doğulan bacılar ölkədə “Kinsan Ginsan” (Gümüş və qızıl) ləqəbi ilə məşhurlaşıblar. Onlardan biri 2000-ci, digəri 2001-ci ildə dünyasını dəyişib.

 

Boy fərqi çox olan əkizlər

İngilətədə yaşayan Hüseyn Bisadin boyu 2.23 sm, Somalidə yaşayan əkiz bacısı Kardranın boyu isə 1.63 sm olub.  Aralarındakı 70 sm fərqlə əkizlər dünya rekordu vurublar.

 

Təsadüfən qarşılaşan əkizlər

20 il əvvəl Meksikada doğulandan sonra ayrılan əkiz bacıların biri Manhettendə yaşayan yəhudi ailəyə, digəri Lonq Aylenddə yaşayan katolik ailəyə verilib. Tamara və Adriana adlı əkizlərdən birinin Lonq Aylənddə universitetə daxil olmağı ilə hər şey dəyişib. Bir gün Tamaranın rəfiqələrindən biri ona çox bənzəyən qız tanıdığını deyib. Onları internet üzərindən tanış edəndən sonra məsələ aydınlaşıb. Söhbət zamanı hər ikisinin övladlığa götürüldüyü və eyni boyda olduqları ortaya çıxıb. Nəhayət, bir-birlərinə şəkillərini göndərəndən sonra heç bir şübhə qalmayıb.

 

gallery / #backen @bauta

Fərqli illərdə doğulan əkizlər

Rumıniyalı Katalin və Valentin əkiz olsalar da, fərqli illərdə doğulublar. Katalin dekabr ayında 7 aylıqkən bətndən götürülüb. Digər tay Valentini isə həkimlər 9 aylığa qədər saxlamağa qərar veriblər. O da fevral ayında doğulub və əkizlər eyni gündə xəstəxanadan ayrılıblar.

 

Tək yumurta əkizləri DNT-ləri eyni olduğuna görə eyni cinayətdən şübhəli sayılırlar

Almaniyada yeddi mərtəbəli lüks alış-veriş mərkəzindən 6,8 milyon dollar dəyərində zinət əşyaları oğurlanıb. Maska və əlcək taxan üç oğru təhlükəsizlik sistemini aşaraq binanın tavanındakı pəncərədən iplərə aşağıya düşüblər. Təhlükəsizlik kameraları onları qeydə alsa da, oğrular o gecə qaça bilib. Ancaq özləri də bilmədən arxalarında iz buraxıb. Lateks  əlcəkdən pilləkənə düşmüş bir damla tərdən əldə edilmiş DNT araşdırılmağa başlanıb. Polis Almaniya cinayət məlumat bazasına girəndə eyni DNT-nin iki insana aid olduğunu görüb. Şübhəlilər livan əsilli 27 yaşlı tək yumurta əkizləri Həsən və Abbas olub. Polis hər iki qardaşı da həbs edərək 10 il iş istəyib, ancaq iş məhkəməyə çatmamış onlar sərbəst buraxılıb. Çünki alman qanunlarına görə, cinayəti dəqiq olaraq sübuta yetirilməyən heç kim həbs oluna bilməz. Polis onları şərti olaraq nəzarətdə saxlasa da, nə telefonlarını dinləyə, nə də bank hesablarına baxa bilir.

 

Test şüşələri qarışıb, ata-anaları fərqli əkizlər dünyaya gəlib

Uilma və Uillem Stüartlar illərdir uşaq istəsələr də, heç cür alınmayıb. Nəhayət süni mayalanma ilə valideyn olmağa qərar veriblər. Mayalanma nəticəsində əkiz qardaşlar dünyaya gəlib, ancaq biri ağ dərili və mavi gözlü, digəri isə qara dərili və qəhvəyi gözlü. Dərhal DNT testi keçirən valideynlər uşaqlardan birinin – Koenin Stüart ailəsinin uşağı olduğunu, digərinin – Tuenin isə yad olduğunu öyrəniblər. Araşdırma hesabatı gizli saxlansa da, laboratoriyada sperm şüşələrinin qarışdığı ehtimal edilib. Stüart ailəsi həqiqətən də mayalanma günü onlarla birgə otaqda qara dərili cütlüyün olduğunu xatırlayıb. Xəstəxana isə bunu “qəza” adlandıraraq, hər iki ailədən üzr istəyib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir