hamilə

Bu qadın bətnində iki başlı uşaq gəzdirir – FOTO

Baxış sayı: 2. 169

Övladının cinsini öyrənmək üçün həkimə gedən hamilə qadın aldığı xəbərdən dəhşətə gəlib. O, bətnində iki başlı uşaq gəzdirir. Dünyaya gətirməyə hazırlaşdığı uşağın iki üzü, iki beyni var.

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu hadisə Sidneydə baş verib. Həkimlər Rene və Saymon Houi cütlüyünə gələcək övladları barədə məlumat verərkən həkimlər təcili abortu tövsiyə ediblər. Çünki belə bir defektlə uşaq iki gündən artıq yaşaya bilməz. Ancaq Rene buna qarşıdır.

“Biz ərimlə qərara gəldik ki, hamiləliyi dayandırmayaq”, – qadın deyib.

Onun sözlərinə görə, belə bir övlad onların həyatını alt-üst etsə belə, uşağın doğulmamış öldürülməsinə qarşıdırlar.

Əri Saymon da onunla razılaşır. “Bu cür uşağı öldürmək autizmdən əziyyət çəkən uşaqdan imtina etməkdən də pisdir”, – o bildirib.

246690_902246690_907




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir