meyve

Bu qidalar ciddi asılılıq yaradır – SİYAHI

Baxış sayı: 907

Tədqiqatçılar güclü asılılıq yaradan qidaların adlarını açıqlayıblar. Miçiqan Universitetinin tədqiqatçıları 120 tələbə arasında araşdırma aparıb. Tələbələrə 35 fərqli qidadan istədiklərini seçmək və “Yale Qida Asılılığı Şkalası”nı doldurmaq tapşırılıb.

Siyahıya liderliyi şokolad, dondurma, kartof qızartması, pizza, peçenye, çipsi, popkorn və çizburqer edib. Qızılbalıq, qəhvəyi düyü, xiyar və brokkoli isə asılılıq yaratmayan məhsullar arasında yer alıb. Elm adamları qeyd edib ki, asılılıq yaradan qidaların ümumi tərkibi var – karbohidratlar və yağlar. Beləliklə, mütəxəssislər erkən yaşlarda insan beyninin yeməkdən aldığı ləzzəti xatırladığı qənaətinə gəliblər. Məhz buna görə yetkinlik dövründə bizə ilk dad hissini xatırladan bənzər məhsulları xoşlayırıq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir