Bu məhsullar arasında balıq və balıq məhsulları, karbohidratlı və fol turşulu qidalar xüsusi ilə fərqlənir.
Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ton balığı, skumburiya, somon kimi balıqlar məhsullar beyin və ürək sağlamlığı üçün çox əhəmiyyətlidir.
Bu məhsulların tərkibində omega-3 yağ turşuları olduğundan stressi azaltmağa kömək edir.
Kompleks karbohidratlı qidalar isə uzun müddət toxluq hissi verərək gün boyu enerjili olmağa təsir göstərir.
Kəpəkli düyü, tam taxıllı çörəklər və tərəvəzlər karbohidratlarla birlikdə istifadə edildiyində depressiyanı aşağı salmağa təsirlidir.
Tərkibində fol turşusu olan qidalar da sağlamlığa xeyirlidir. Bu qidalara yaşıl yarpaqlı tərəvəzlər, mərcimək, sitrus meyvələri, quşqonmaz bitkisi, pomidor suyu, yumurta və s. daxil edilir. Bunlar stressə qarşı yaxşı təsir göstərir.
Zülallı qidalar da gün ərzində enerjini yüksəldərək aclıq hissini önləyir. Bu baxımdan ağ və qırmızı ətdən, süd və süd məhsullarından, çərəzlərdən və digər qidalardan faydalanmaq olar.
Onu da qeyd etmək lazımdır ki, təbii qidalar daha çox stressi aşağı salmağa kömək edir.