bb

Bu qidalar sümükləri bərkidir – SİYAHI

Baxış sayı: 3. 691

Sümüklərin qəhrəman qoruyucusu kalsium və D vitaminidir. Qidalanmanıza diqqət edərək gələcək illərdə yaşaya biləcəyiniz problemləri aradan qaldıra bilərsiniz. Bu qidaları mütləq alın ki, xüsusən qadınların baş bəlası olan sümük əriməsi problemi tarixin yaddaşına getsin.

D vitamini sadəcə günəş vannası qəbul etməklə alınmır. Qatıq yeməyi unutmayın. Bir qutu yağsız qatıqla kalsium ehtiyaclarınızın 30 faizini ödəyə bilərsiniz. Qatıq D vitamini ehtiyacınızın 20 faizini ödəyir.

Sümükləri gücləndirmək dedikdə ilk ağıla gələn qida süddür. 35 qram süddə 510 qram kalsium var. Bu da günlük ehtiyacımızın 30 faizi deməkdir. 45 qram pendir yesəniz günlük kalsium ehtiyacınızın 30 faizini təmin edə bilərsiniz.

Kiçik balıqlar güclü sümüklər üçün ən yaxşı dostlardan biridir. Məsələn, 3 sardalya balığı quyruğu bir stəkan südə bərabərdir. Mütləq somon balığı da həyatınızda olmalıdır. Onun 90 qramı D vitamini ehtiyacınızı yüz faiz ödəyir.

Bir boşqab bişmiş ispanaq günlük ehtiyaclarımızın 25 faizini, üstəlik, dəmir, A vitamini və lif ehtiyaclarımızı da ödəyir. Çiy olaraq yediyimiz ispanaq isə kalsium ehtiyacımızın 50 faizini ödəyir.

Kahı da sümüklərin və dişlərin güclənməsi üçün bir kalsium deposudur.

Bir stəkan təzə sıxılmış portağal suyuna kalsium və D vitamini daxildir. Bununla yanaşı, meyvə suları bir çox qida dəyərinə malikdir.

10 dənə quru əncirdə 269 milqram kalsium var. Yəni günlük ehtiyaclarımızın 20 faizi qarşılanır.

Pendir, noxud, lobya paxlası kimi kalsium baxımından zəngin qidalar sümüklər üçün faydalıdır.

Yumurtanın sarısı günlük D vitamini ehtiyacımızın yalnız 6 faizini ödəsə də vücuda sürətli təsir edir.

Şabalıd, ağ tum, balqabaq tumu, susam, fındıq kimi çərəzlərdə sağlamlıq baxımından kalsium var. Bunlardan gündə bir ovuc yemək lazımdır.

Ağırlıq qaldırma məşqləri də sümükləriniz möhkəmləndirir. Bundan başqa, həftədə 3-4 gün yüksək sürətlə yerimək, qaçmaq, velosiped sürmək kimi məşqlər həm sümüklərinizü gücləndirir, həm də ümumi sağlamlığınızı qorumağınıza kömək olar.  (lent.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir