Fəsil dəyişikliyi ilə birgə bədən gücünü itirərək, qısa müddətdə xəstəliklərə yol açır. Bunun qarşısını almağın tək yolu isə sağlam qidalanmaqdır. “Gencaile.az” məhz bu məqsədlə “Aile.lent.az”-a istinadən hər gün yeməli olduğunuz qidaların siyahısını təqdim edir. Hər gün qidalanma proqramına əlavə edəcəyiniz bu qidalar sağlam bir ömür yaşamanıza yardım edəcək.
Kök. Gözlər üçün olduqca faydalı olan kök xərçəngə qarşı qoruyur. Gündəlik qida rasionunuza mütləq əlavə etməli olduğunuz bu tərəvəz astma və iltihab xəstəliklərinə yoluxma riskini də azaldır.
Sarımsaq. Qoxusuna görə insanları özündən uzaqlaşdıran, ancaq çox faydalı olan sarımsaq təbii antibiotik keyfiyyətə malikdir, bədəni bakteriya və viruslara qarşı qoruyur, yaraları sağaldır.
Pomidor. Antioksidan təsirə malik olan pomidor infeksiyalara qarşı bədənin gücünü artırır. Əsasən fəslində bol-bol yeməli olduğunuz pomidoru şoraba kimi bağlayaraq, qışa da saxlaya bilərsiniz. Dəri sağlamlığına da faydalı olan pomidor yaşlanmanı gecikdirir.
Yumurta. Müntəzəm olaraq yeməli olduğunuz yumurta A , D, B vitamin tərkiblidir. Səhər yumurta yeməklə günə sağlam bir başlanğıc etmiş olacaqsınız.