ariqlamaq

Bu, sürətlə çəki atmağınıza yardım edəcək

Baxış sayı: 719

Minnesot Universitetinin alimləri artıq çəki ilə bağlı  araşdırma aparıb. Bəlli olub ki, arıqlamağa kömək edən amillərdən biri də D vitaminidir. Buna görə də yayda günəş vannası qəbul edən insanlar daha sürətlə çəki atırlar.

“İki sahil”in xarici mətbuata istinadən xəbərinə görə, alimlər təcrübə keçiriblər. Təcrübədə iştirak edən və artıq çəkidən əziyyət çəkən 38 adama 11 həftəlik azkalorili pəhriz təyin olunub. İştirakçılar arasında bədənində D vitamini yüksək olanlar daha çox çəki ata biliblər.

Həkim Şalamar Sibli qeyd edib ki, gələcəkdə arıqlamaq arzusunda olan insanların pəhrizinə D vitamini əlavə olunacaq. D vitaminini qəbul etməyin əsl ərəfəsi məhz yay aylarıdır. Elə ona görə də gündə qaralmaqla da istədiyiniz çəkini zövqlə əldə edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir