Təxminən 75 il yaşayan bir insanın həzm sistemindən 30 ton qida və 50 min litr su keçdiyini bilirsinizmi? Həzm sisteminin ruh halınıza təsir etdiyini necə?
Sağlam həzm sisteminə sahib olmaq həm fiziki, həm psixoloji mənada keyfiyyətli bir həyat deməkdir. Günümüzdə ən sıx rastlanan həzm problemləri həzmsizlik və reflüksdür.
“Qastroezofageal reflüks” olaraq bilinən mədə möhtəviyyatının qida borusuna geri qayıtması və onu zədələməsi olaraq bilinir. Stress və dəyişən həyat şərtləri ilə bərabər, yeməklərin daha gec saatda yeyilməsi, artıq çəkilər, ədviyyat, siqaret, acı və kafeinli qidaların çox yeyilməsi ilə yayılan reflüks hər 5 insandan birində rastlanır.
Reflüksün əlamətlərinə döş sümüyünün arxasında yanğı hissi, udmanın çətinləşməsi, ağızda turş dad, uzun zaman təngənəfəs olub öskürmə, ağızda turş maye toplanması, yatan zaman tənəffüsün çətinləşməsi daxildir.
Reflüksün səbəb olduğu mədə yanması, rahatsızlıq hissi və acını azaltmaq üçün 10 tövsiyə:
Rahatlayın və yeməyinizi yavaş-yavaş yeyin
Yeməyə zaman ayırın, hər loxmanın dadını çıxarın. Yavaş-yavaş yeyin.
Yemək zamanı içkilərə sərhəd qoyun
Yemək zamanı maye qəbulunu azaltmalısınız. Yeməklərin geri qayıtmasına əngəl olan mədə və mədə borusu arasındakı qapaqcıq, mədə dolu olduğunda yüksək təzyiq altında olur və bu reflüks riskini artırır. Mədə təzyiqini azaltmaq üçün qurtum-qurtum su içə bilərsiniz, ya da suyu yeməkdən əvvəl için.
Artıq çəkilərdən qurtulun
Artıq çəkilər mədə yanmasının ana səbəblərindən biridir. Artıq çəkili insanlarda reflüks iki qat daha çox rastlanır. Artıq çəkilər qarın təzyiqini artıraraq yeməklərin yuxarıya qalxmasına səbəb olur. Bədən yağı həzmə mane olacaq kimyəvi maddələrdən ibarət olur.
İdmana başlayın
Qaçış kimi idman həzm sisteminizə faydalı olub reflüksə mane olur. Simptomları azaltmaq üçün həftədə 4 gün yeməkdən ən az 2 saat sonra 30 dəqiqə qaçın.
Yağı azaldın
Yağlı qidaların həzmi uzun çəkdiyi üçün mədə boşalmasını gecikdirir. Toyuq, lobya, yağsız ət məhsullar, lif qaynağ kəpəkli taxıl məhsulları yeyin.
Reflüksə səbəb olan qidaları rasiondan çıxarın
Qızardılmış, yağlı qidalar, spirtli içki, çay, qəhvə, şokolad, nanəli yeməklər, pomidor , poomidor sousu, ədviyyatlı qidalar, soğan, sarımsaq, qazlı içkilər reflüksə səbəb olur.
Yeməkdən sonra uzanmayın
Yeməkdən ən az 2 saat keçməmiş uzanmayın. Dolayı uzanmaq üst bədənin yuxarıda olmasına kömək edəcək.
Bol geyinin
Bədəninizi sıxan dar geyimlərdən uzaq durun. Bu geyimlər qarın təzyiqini artıraraq reflüksə səbəb olur.
Darçınlı saqqız çeynəyin
Mədə turşusunu nizamlayır. Udmağı sıxlaşdıraraq özefagusa zərər verən asit ifrazının tənzimləyir. Darçın və meyvəli saqqızlar çeynəyin.
Siqareti tərgidin
Siqaret həzmi yavaşladır, mədə turşuluğunu artırır, tüpürcəyi azaldır. Alt özefagus əzələsinin zəifləməsinə səbəb olur.