guzgu

Bu xəstəlik sizi İNTİHARA sürükləyə bilər

Baxış sayı: 1. 048

Beynəlxalq assosiasiya olan “The Academy of Eating Disorders” qidalanma pozuntusu ilə bağlı əsas nüansları təqdim edib. “Gencaile.az” saytı xəbər verir ki, ABŞ-ın Syosset xəstəxanasının psixoloqu Dina Hörs anoreksiya və ya blumiyadan əziyyət çəkənlərin bu vəziyyətə düşməsində ailələrinin günahlandırılmamalı olduğunu bildirib: “Ailə onlar üçün sağalmaq istiqamətində güc qaynağı ola bilər. Qidalanma pozuntusu xroniki xəstəliyə yol açır. Bu problemlə daha çox incə bədənə sahib olmaq arzusunda olanlar üzləşir. Xüsusilə gənc qızlar yeməklərinə məhdudiyyət qoyur. Lakin kişilər də istisna deyil. Statistikaya əsasən, kişilərin 2%-i müxtəlif yaşda qidalanma pozuntusu yaşayır”.

Psixoloqlar xəbərdarlıq edir: qidalanma pozuntusu intihar riskini artıra bilər.

“The Academy of Eating Disorder”in (Qidalanma Pozuntusu Akademiyası) 2014-cü il üzrə araşdırmasına əsasən, yeməklə bağlı problemi olan 1436 nəfərdən 12-i intihara cəhd etdiyini bildirib, 43%-i isə ən azı bir dəfə bu barədə düşündüyünü qeyd edib.

Həkimlər qidalanma pozuntusunda genlərin də mühüm olduğunu deyir. Lakin tam yaxşılaşmaq da istisna edilmir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir