pnevmoniya

Bu xəstəliyi qripdən ayırmaq çətindir – DİQQƏT!

Baxış sayı: 22

Pnevmoniya ciddi bir xəstəlikdir. Ağciyərlərdə iltihab prosesinin inkişafı ilə təyin olunur. Uşaqlarda həmin xəstəlik çox vaxt tənəffüs sisteminin tam yetişməməsi, həmçinin bəlğəmi tam öskürə bilməməsi səbəbindən ağır gedişə malik olur.

Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi instaqram səhifəsində nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundova açıqlayıb.

Onun sözlərinə görə, patoloji proses antibiotiklərin və simptomatik dərmanların məcburi təyin edilməsi, ağır hallarda isə uşağın xəstəxanaya yerləşdirilməsini tələb edir: “Uşaqlarda pnevmoniya diaqnozunun çətinliyi ondadır ki, xəstəliyin ilk əlamətləri praktiki olaraq soyuqdəymə və ya qripin simptomlarından fərqlənmir. Belə ki, pnevmoniyanın bakterial formasının klinik mənzərəsini qripdən ayırmaq çətindir. Simptomlara üşütmə, qızdırma, artan tərləmə, öskürək, təngnəfəslik, ürək döyüntüsünün artması daxildir”.

İ.Axundova qeyd edib ki, valideynlər sətəlcəm və ya tənəffüs sisteminin digər patologiyalarının ən kiçik bir əlaməti olduqda dərhal uşaqları ilə həkimə müraciət etməlidirlər. Uşağın sətəlcəm olduğuna dair hər hansı bir şübhə varsa, bu, tibb müəssisəsinə müraciət etmək üçün ciddi bir meyardır. Vaxtında yardım olmadığı halda, xəstə uşaqda xroniki bronxopulmonar pozulmalar inkişaf edə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir